SOCAR-ın Türkiyədəki yeni kompleksi ildə 850 min ton polietilen istehsal edəcək - Baku TV
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki yatırımı "Petkim Petrokimya Holding" neft-kimya holdinqi Türkiyənin Əliağa şəhərində polietilen istehsalı üzrə yeni istehsalat kompleksinin inşası üçün texnologiya seçimi prosesini başa çatdırıb.
"Report"un məlumatına görə, bu barədə SOCAR-ın baş mühəndisi Rövşən Xəlilov bildirib.
Onun sözlərinə görə, yeni müəssisənin istehsal gücü ildə 850 min ton polietilenə çatacaq. Layihə SOCAR-ın Türkiyə ərazisindəki neft-kimya investisiyalarının “Master Plan”ına uyğun olaraq həyata keçirilir ki, bunun da məqsədi qrupun bu regionda istehsal potensialının əhəmiyyətli dərəcədə artırılmasıdır.
Xatırladaq ki, 2026-cı ilin sentyabrında Türkiyənin "Petkim Petrokimya Holding" şirkətinin neft-kimya sahəsindəki uzunmüddətli investisiya planı olan “Master Plan” layihəsində əsas mühəndis layihələndirmə işləri rəsmən başlayıb. Bu işlərin aparılması üçün 70 milyon ABŞ dolları məbləğində ümumi büdcə ayrılıb və onların 2027-ci ilin sonunadək başa çatdırılması planlaşdırılır.
#Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) teqi istifadə olunub
- SOCAR Türkiyəyə nə qədər investisiya edib? - Baku TV
- SOCAR ilə "Sinopec Corp." arasında Anlaşma Memorandumu imzalandı - Baku TV
- SOCAR neft emalı zavodunu yeniləyərək istehsal gücünü artırmağa hazırlaşır - Baku TV
- SOCAR və "Honeywell Technologies" arasında mühüm əməkdaşlıq sazişi imzalandı - Baku TV
- SOCAR “Comstock” şirkəti ilə yekun alqı-satqı müqaviləsi imzalayıb - Baku TV
