SOCAR-ın vitse-prezidenti və Jörgen Sandström arasında mühüm görüş keçirilib - Baku TV
“Bakı Enerji Həftəsi” çərçivəsində SOCAR-ın vitse-prezidenti Anar Məmmədov Dünya İqtisadi Forumunun Sənaye Ekosistemlərinin Transformasiyası üzrə rəhbəri Jörgen Sandström ilə görüşüb.
Görüş zamanı SOCAR ilə Dünya İqtisadi Forumu arasında formalaşmış strateji tərəfdaşlıq çərçivəsində həyata keçirilən təşəbbüslər və birgə əməkdaşlığın cari vəziyyəti müzakirə olunub.
Tərəflər “SOCAR Polymer” və “SOCAR Karbamid” müəssisələrinin əməkdaşlığı əsasında Dünya İqtisadi Forumunun “Sənaye Klasterlərinə Keçid” təşəbbüsü çərçivəsində yaradılmış “NextGen” Sənaye Klasterinin strateji hədəfləri və innovasiya yönümlü inkişaf perspektivləri barədə fikir mübadiləsi aparıblar.
Görüşdə Azərbaycanın qlobal sənaye transformasiyası proseslərinə inteqrasiyasını ardıcıl şəkildə gücləndirdiyi, rəqəmsallaşma, innovasiya və dayanıqlı sənaye inkişafı istiqamətində həyata keçirilən təşəbbüslərin beynəlxalq əməkdaşlıq baxımından mühüm əhəmiyyət daşıdığı vurğulanıb.
Tərəflər həmçinin gələcək əməkdaşlıq imkanlarını müzakirə ediblər.
#Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) teqi istifadə olunub
- Bankın böyük layihələri sırasında SOCAR yer alıb - Baku TV
- Şirkət qeyri-neft sektorunun ixracyönümlü sahələrinə investisiya yatıra bilər - Baku TV
- “Azəriqaz” İB-nin xidmət sahələri ilə bağlı müraciəti olan sakinlərin diqqətinə - Baku TV
- SOCAR-ın yeni vitse-prezidentindən açıqlama | Boru kəmərləri kimlər üçün vacibdir? - Baku TV
- SOCAR-ın istehsal etdiyi metanol Azərbaycanın ixracında hansı rol oynayır? - Baku TV
