SOCAR-ın vitse-prezidentinin müavinindən gələcək hədəflərlə bağlı açıqlama
Yeniliklərdən dərhal xəbərdar olun
“Növbəti 10 il ərzində qarşımıza məqsəd qoymuşuq ki, SOCAR təkcə neft-qaz şirkəti deyil, həm də milli enerji şirkətinə çevrilsin. SOCAR-ı 2050-ci ildə yerli və regional deyil, qlobal enerji təhlükəsizliyinə və iqlim davamlılığına töhfə verən enerji şirkət kimi görürük”.
Bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) vitse-prezidentinin müavini Teymur Quliyev Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin bu gün keçirilən iclasında “Enerji səmərəliliyi: nəticələr və gözləntilər” mövzusunda ictimai müzakirədə çıxışı zamanı deyib.
“Ortamüddətli hədəflərimiz var. Hansı ki bizi əmin edəcək ki, 2050-ci ilədək olan hədəflərimizi yoxlayaq və düzgün yolda irəliləyək. Şirkətin arşıdakı hədəfləri 2030-cu ilə məşəldə rutin yandırmanın sıfıra endirilməsi, “Upstream” emissiyaları intensivliyinin 30 faiz azaldılması, 2035-ci ilə korporativ emissiya intensivliyinin 30 faiz azaldılması, ümumi emissiyaların 20 faiz azaldılması və 2050-ci ildə “xalis sıfır”a çatmaqdır”, − deyə T.Quliyev qeyd edib.
#Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) teqi istifadə olunub
- SOCAR ilə "Sinopec Corp." arasında Anlaşma Memorandumu imzalandı - Baku TV
- SOCAR neft emalı zavodunu yeniləyərək istehsal gücünü artırmağa hazırlaşır - Baku TV
- SOCAR və "Honeywell Technologies" arasında mühüm əməkdaşlıq sazişi imzalandı - Baku TV
- SOCAR “Comstock” şirkəti ilə yekun alqı-satqı müqaviləsi imzalayıb - Baku TV
- FHN və "Azneft" təhlükəli obyektlərdə nəzarətin gücləndirilməsini müzakirə etdi - Baku TV
