Pleyeri seçin:

SOCAR-ın “yaşıl istiqraz"larına maraq yüksəkdir | Mikayıl Cabbarovdan layihə ilə bağlı paylaşım

07 mart 2025 522 baxış

SOCAR-ın "yaşıl istiqraz"larına abunə yazılışı başa çatıb.

Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında bildirib.

Paylaşımda qeyd edilib ki, Azərbaycan daim qlobal iqlim gündəliyinə sadiqliyini nümayiş etdirir. "Yaşıl istiqraz"larla bağlı layihə də iqlim təhlükəsizliyinə töhfə verən COP29 irsinin uğurlu davamıdır.

"Layihə ölkəmizdə innovativ texnologiyaların tətbiqi və enerji səmərəliliyinin artırılmasına xidmət edəcək. İstiqrazlara marağın yüksək olması SOCAR-ın beynəlxalq investorlar qarşısında etibarlı tərəfdaş mövqeyinin bariz təzahürüdür. Layihənin hazırlanmasında və uğurla həyata keçirilməsində əməyi olan hər kəsə təşəkkür edirik", – deyə Mikayıl Cabbarov qeyd edib.

Xatırladaq ki, "yaşıl istiqraz" emissiyasının ümumi məbləği 200 milyon ABŞ dollarıdır. Söhbət hər birinin nominal dəyəri 1 000 ABŞ dolları olan 200 min ədəd istiqrazdan gedir. Qiymətli kağızlar 5 il tədavüldə olacaq. Onların illik gəlirliliyi 6 %-dir. Faizlər rüblük ödəniləcək.

Prosesin anderrayteri "PAŞA Kapital İnvestisiya Şirkəti"dir. İstiqrazlardan əldə olunacaq vəsait "SOCAR Green"in bərpa olunan layihələrinə və investisiyalarına sərf ediləcək.

Qeyd edək ki, SOCAR daxili kapital bazarları üçün ilk istiqraz buraxılışını 2016-cı, ikincini isə 2021-ci ildə həyata keçirib. SOCAR istiqrazları tədavülə buraxılandan bu günə qədər ən çox ticarət olunan korporativ qiymətli kağızdır.

Banner
Dövlət şirkətləri büdcəyə nə qazandıracaq? - Baku TV

Dövlət şirkətləri büdcəyə nə qazandıracaq? - Baku TV

İqtisadiyyat
22 oktyabr 2026 522 baxış
900 milyonluq dividend proqnozu

900 milyonluq dividend proqnozu

İqtisadiyyat
22 oktyabr 2026 522 baxış
Bankın böyük layihələri sırasında SOCAR yer alıb - Baku TV

Bankın böyük layihələri sırasında SOCAR yer alıb - Baku TV

İqtisadiyyat
22 oktyabr 2026 522 baxış
Şirkət qeyri-neft sektorunun ixracyönümlü sahələrinə investisiya yatıra bilər - Baku TV

Şirkət qeyri-neft sektorunun ixracyönümlü sahələrinə investisiya yatıra bilər - Baku TV

İqtisadiyyat
22 oktyabr 2026 522 baxış
“Azəriqaz” İB-nin xidmət sahələri ilə bağlı müraciəti olan sakinlərin diqqətinə - Baku TV

“Azəriqaz” İB-nin xidmət sahələri ilə bağlı müraciəti olan sakinlərin diqqətinə - Baku TV

İqtisadiyyat
21 oktyabr 2026 522 baxış
SOCAR-ın yeni vitse-prezidentindən açıqlama | Boru kəmərləri kimlər üçün vacibdir? - Baku TV

SOCAR-ın yeni vitse-prezidentindən açıqlama | Boru kəmərləri kimlər üçün vacibdir? - Baku TV

İqtisadiyyat
21 oktyabr 2026 522 baxış
Azərbaycanın ən böyük neft yataqlar bloku 2049-cu ilin sonunadək işlənəcək - Baku TV

Azərbaycanın ən böyük neft yataqlar bloku 2049-cu ilin sonunadək işlənəcək - Baku TV

İqtisadiyyat
21 oktyabr 2026 522 baxış
2026-cı ilin yanvar-sentyabr aylarında karbamid istehsalı barədə rəqəmlər açıqlanıb - Baku TV

2026-cı ilin yanvar-sentyabr aylarında karbamid istehsalı barədə rəqəmlər açıqlanıb - Baku TV

İqtisadiyyat
21 oktyabr 2026 522 baxış
SOCAR-ın istehsal etdiyi metanol Azərbaycanın ixracında hansı rol oynayır? - Baku TV

SOCAR-ın istehsal etdiyi metanol Azərbaycanın ixracında hansı rol oynayır? - Baku TV

İqtisadiyyat
20 oktyabr 2026 522 baxış
Özbəkistan Prezidenti SOCAR və BP rəsmiləri ilə görüşdü - Baku TV

Özbəkistan Prezidenti SOCAR və BP rəsmiləri ilə görüşdü - Baku TV

İqtisadiyyat
20 oktyabr 2026 522 baxış
Seçilmişlər
icon