SOCAR investorların hesablarına nə qədər ödəniş etdi? - Baku TV
Yeniliklərdən dərhal xəbərdar olun
Martın 10-da SOCAR-ın "yaşıl" təyinatlı istiqrazları üzrə 4-cü faiz ödənişi edilib.
"SOCAR Capital" şirkətinin yaydığı məlumata görə, 4-cü faiz ödənişi nəticəsində 3 milyon ABŞ dolları məbləğində vəsait artıq istiqraz sahiblərinin hesablarına köçürülüb və investorların ümumi gəliri 12 milyon ABŞ dollarına yüksəlib.
"Yaşıl" təyinatlı istiqrazları illik 6% gəlirliliklə 5 illik müddətə buraxılıb. İstiqrazlar bütün vergilərdən azaddır, kupon ödənişləri hər 3 aydan bir ödənilir və müddətin sonuna qədər sahiblərinə ümumilikdə 60 milyon ABŞ dolları gəlir qazandıracaq.
Qeyd edək, SOCAR-ın "yaşıl" istiqrazları ilə Bakı Fond Birjasında (BFB) indiyədək 22 milyon ABŞ dollarından artıq məbləğdə 447 ədəd əqd bağlanıb. Ümumilikdə isə şirkətin hazırda tədavüldə olan istiqrazları ilə Bakı Fond Birjasında aparılan ticarət həcmi 97,6 milyon ABŞ dollarıdır. İlk buraxılışından (2016) indiyədək SOCAR tərəfindən vətəndaşlara və investorlara 56 milyon 125 min ABŞ dolları məbləğində faiz ödənişi edilib.
#Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) teqi istifadə olunub
- SOCAR-ın prezidenti "KazMunayGas" şirkətinin İdarə Heyətinin sədri ilə görüşdü - Baku TV
- SOCAR 2026-cı ilin üçüncü rübünə dair fəaliyyət göstəricilərini açıqladı - Baku TV
- Şərti yanğının söndürülməsi əməliyyatı yerinə yetirilib - Baku TV
- Süni intellekt enerji sektorunda | Şagirdlər hansı həlləri təqdim edəcəklər? - Baku TV
- 251 milyon dollarlıq ixrac | SOCAR qeyri-neft ixracında ön sıralarda - Baku TV
