Pleyeri seçin:

SOCAR istiqrazları sahiblərinə nə qədər gəlir gətirdi? - Rəqəmlər açıqlandı

03 fevral 2025 493 baxış

Azərbaycan Dövlət Neft Şirkətinin 2021-ci ildə daxili kapital bazarları üçün buraxdığı ikinci SOCAR İstiqrazlarının 2025-ci il üzrə 1 milyon 125 min dollarlıq ilk kupon ödənişi fevralın 3-də istiqraz sahiblərinin hesablarına köçürülüb.

“SOCAR Capital” şirkətinin məlumatına görə, 8 ildən artıqdır ki, Bakı Fond Birjasında ən çox ticarət olunan korporativ istiqraz statusuna sahib SOCAR İstiqrazlarının 13-cü kupon ödənişi nəticəsində sahiblərinə qazandırdığı gəlir 14 milyon 625 min ABŞ dollarına yüksəlib.

Tədavül müddətinin sonunda toplam gəlir 22,5 milyon dollar təşkil edəcək. İstiqrazların növbəti kupon ödənişi 2025-ci ilin mayın 1-də baş tutacaq.

Xatırladaq ki, yanvarın 15-dən etibarən SOCAR “yaşıl enerji” layihələrini dəstəkləmək məqsədilə “yaşıl” təyinatlı yeni istiqrazlarının abunə yazılışına start verib.

“Yaşıl istiqraz”ların anderrayterliyini “PAŞA Kapital” İnvestisiya Şirkəti edir. SOCAR “Yaşıl Gəlir, Yaşıl Gələcək” devizi altında buraxdığı bu istiqrazları ilə yerli investorlara etibarlı və stabil gəlir imkanı qazandırmaqla yanaşı, ekoloji cəhətdən təmiz enerji mənbələrinin inkişafını dəstəkləmək, ölkəmizin “yaşıl enerji” sahəsindəki təşəbbüslərinə töhfə vermək niyyətindədir. 

SOCAR-ın sturukturuna qoşularaq Avropa enerji bazarındakı mövqeyini gücləndirib - Baku TV

SOCAR-ın sturukturuna qoşularaq Avropa enerji bazarındakı mövqeyini gücləndirib - Baku TV

İqtisadiyyat
09 may 2026 493 baxış
Təhsil, sosial və digər infrastruktur layihələri ilə yaxından tanışlıq olub - Baku TV

Təhsil, sosial və digər infrastruktur layihələri ilə yaxından tanışlıq olub - Baku TV

İqtisadiyyat
09 may 2026 493 baxış
Mərkəzi Bankın faizlər haqqında qərarı nələrlə bağlıdır? - Baku TV

Mərkəzi Bankın faizlər haqqında qərarı nələrlə bağlıdır? - Baku TV

İqtisadiyyat
08 may 2026 493 baxış
SOCAR rəsmisi “Enerji Liderləri” panelində iştirak edib - Baku TV

SOCAR rəsmisi “Enerji Liderləri” panelində iştirak edib - Baku TV

İqtisadiyyat
08 may 2026 493 baxış
Rövşən Nəcəf San-Marinonun nümayəndə heyəti ilə qaz tədarükünü müzakirə edib - Baku TV

Rövşən Nəcəf San-Marinonun nümayəndə heyəti ilə qaz tədarükünü müzakirə edib - Baku TV

İqtisadiyyat
08 may 2026 493 baxış
SOCAR-ın nümayəndələri və gənc mühəndislər tədbirdə iştirak edib - Baku TV

SOCAR-ın nümayəndələri və gənc mühəndislər tədbirdə iştirak edib - Baku TV

İqtisadiyyat
07 may 2026 493 baxış
Fermerlərə nə qədər əkin subsidiyası verilib? - Nazir görülən işlərdən danışdı - Baku TV

Fermerlərə nə qədər əkin subsidiyası verilib? - Nazir görülən işlərdən danışdı - Baku TV

İqtisadiyyat
06 may 2026 493 baxış
“Fəlakətlərin sayı 5 dəfə artıb” | İqlim dəyişikliyinin aqrar sektora təsirləri - Baku TV

“Fəlakətlərin sayı 5 dəfə artıb” | İqlim dəyişikliyinin aqrar sektora təsirləri - Baku TV

İqtisadiyyat
06 may 2026 493 baxış
İnflyasiya faizləri açıqlandı | Hazırkı vəziyyət və gözləntilər necədir? - Baku TV

İnflyasiya faizləri açıqlandı | Hazırkı vəziyyət və gözləntilər necədir? - Baku TV

İqtisadiyyat
06 may 2026 493 baxış
Bir sıra bitkilər üzrə məhsul subsidiyası veriləcək

Bir sıra bitkilər üzrə məhsul subsidiyası veriləcək

İqtisadiyyat
06 may 2026 493 baxış
Seçilmişlər
icon