SOCAR məlumat yaydı | Aİ-95 markalı benzin nə qədər ucuzlaşdı?
Yeniliklərdən dərhal xəbərdar olun
İyulun 15-dən etibarən “Avro-5” keyfiyyət göstəricilərinə uyğun olaraq istehsal olunan Aİ-95 markalı avtomobil benzininin 1 litrinin qiyməti 40 qəpik azalaraq 1,60 manat olub.
Bu barədə SOCAR-dan məlumat yayılıb. SOCAR-ın Heydər Əliyev adına neft emalı zavodunda “Avro-5” standartına cavab verən Aİ-95 markalı avtomobil benzininin istehsalına başlanılıb.
Bildirilib ki, SOCAR-ın emal kompleksində istehsal olunan məhsulları “Avro-5” standartlarına çatdırmaq məqsədilə Heydər Əliyev adına neft emalı zavodunda aparılan yenidənqurma və modernizasiya işlərinin ilkin mərhələsi üzrə işlər tamamlanıb. Layihənin dizel və benzin istehsalı qurğularının inşası üzrə işlər yekunlaşıb, bir sıra ümumzavod təsərrüfatı qurğuları, texnoloji qurğular istismara verilib.
Görülmüş işlər nəticəsində istehsal olunan Aİ-92 və Aİ-95 markalı avtomobil benzinləri artıq “Avro-5” standartlarına çatdırılıb.
Bununla da, 2014-cü ildən hazırkı vaxtadək xaricdən idxal etdiyimiz Aİ-95 markalı avtomobil benzini iyulun 15-dən daxili istehsal hesabına təmin edilərək satılacaq.
#Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) teqi istifadə olunub
- SOCAR-ın prezidenti "KazMunayGas" şirkətinin İdarə Heyətinin sədri ilə görüşdü - Baku TV
- SOCAR 2026-cı ilin üçüncü rübünə dair fəaliyyət göstəricilərini açıqladı - Baku TV
- Şərti yanğının söndürülməsi əməliyyatı yerinə yetirilib - Baku TV
- Süni intellekt enerji sektorunda | Şagirdlər hansı həlləri təqdim edəcəklər? - Baku TV
- 251 milyon dollarlıq ixrac | SOCAR qeyri-neft ixracında ön sıralarda - Baku TV
