SOCAR neft sənayesi arxivinin 100 illiyi münasibətilə tədbir keçirib
SOCAR-ın təşkilatçılığı ilə neft sənayesi arxivinin 100 illiyi münasibətilə tədbir təşkil olunub.
Tədbir iştirakçıları əvvəlcə “Heydər Əliyev və neft strategiyası”, həmçinin retro arxiv sənədlərindən ibarət sərgi ilə tanış olublar.
Sərgidə Ümummilli Liderin təşəbbüsü ilə hazırlanan və imzalanan “Əsrin müqaviləsi” sənədinin, “Xəzər dənizinin Azərbaycan sektorunda Şahdəniz perspektiv sahəsinin kəşfiyyatı, işlənməsi və neft hasilatının pay bölgüsü haqqında” sazişlərin əsilləri və digər tarixi sənədlər nümayiş etdirilib.
Daha sonra tədbirdə SOCAR-ın aparat rəhbəri Hafiz Zeynalov, Milli Arxiv İdarəsinin rəis müavini Həsən Həsənov, Azərbaycan Prezidentinin İşlər İdarəsinin İctimai-Siyasi Sənədlər Arxivinin direktoru Elmira Ələkbərova və SOCAR Mərkəzi Arxivinin müdiri Ağəli Hüseynovun çıxışları dinlənilib.
#Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) teqi istifadə olunub
- SOCAR "Eni" şirkəti ilə üçüncü ölkələrdə birgə layihələrdə əməkdaşlığı müzakirə edib - Baku TV
- Bankın böyük layihələri sırasında SOCAR yer alıb - Baku TV
- Şirkət qeyri-neft sektorunun ixracyönümlü sahələrinə investisiya yatıra bilər - Baku TV
- “Azəriqaz” İB-nin xidmət sahələri ilə bağlı müraciəti olan sakinlərin diqqətinə - Baku TV
- SOCAR-ın yeni vitse-prezidentindən açıqlama | Boru kəmərləri kimlər üçün vacibdir? - Baku TV
