SOCAR Qarabağ və Şərqi Zəngəzurda görüləcək işləri açıqladı | Hesabatın detalları
Dövlət Neft Şirkəti Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının karbon neytral zona kimi inkişaf etdirilməsi üçün hazırdır.
Bu barədə SOCAR-ın 2023-cü il üzrə Davamlı inkişaf haqqında hesabatında qeyd olunub.
Hesabata əsasən, şirkət bu çərçivədə emissiyaların azaldılması – enerji səmərəliliyinin artırılması kimi imkanların tətbiqini nəzərdə tutur.
Bu ərazidə həmçinin elektrikli nəqliyyat vasitələri üçün infrastrukturun qurulması, yəni onlar üçün regional infrastrukturun qurulması da mümkündür.
SOCAR Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının karbon neytral zona kimi inkişaf etdirilməsi üçün qazı bərpa olunan enerji, H2 və digər “yaşıl enerji həlləri” ilə əvəz edəcək.
Həmçinin “yaşıl yanacaq” istehsalını artıracaq və ənənəvi karbohidrogen yanacağının bioqaz və biodizellə əvəz edilməsinə səy göstərəcək.