SOCAR Qazaxıstan, Rusiya və Özbəkistan şirkətləri ilə dördtərəfli və ikitərəfli sənəd imzaladı
Yeniliklərdən dərhal xəbərdar olun
SOCAR-ın təşkilatçılığı ilə “Enerji sahəsində rəqəmsallaşdırma, sənaye təhlükəsizliyi və satınalmalar” mövzusunda beynəlxalq konfrans keçirilib.
Konfransda SOCAR-ın prezidenti Rövşən Nəcəf, Qazaxıstanın “KazMunayQaz” şirkətinin İdarə Heyətinin sədri Asxat Xasenov, Rusiyanın “Tatneft” şirkətinin baş direktoru Nail Maqanov və Özbəkistanın “Uzbeknefteqaz” şirkətinin İdarə Heyətinin sədri Baxodirjon Sidikov çıxış edib.
Daha sonra SOCAR, “KazMunayQaz”, “Tatneft” və “Uzbeknefteqaz” şirkətləri arasında dördtərəfli və ikitərəfli sənədlərin imzalanması mərasimi baş tutub.
Konfrans çərçivəsində “Yeni standartların işlənilməsi və neft-qaz sənayesində tətbiqi”, “Fövqəladə halların aradan qaldırılması üzrə müasir yanaşmalar və birgə reaksiya qruplarının əhəmiyyəti” kimi mövzularda panel müzakirələri aparılıb.
#Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) teqi istifadə olunub
- SOCAR-ın prezidenti "KazMunayGas" şirkətinin İdarə Heyətinin sədri ilə görüşdü - Baku TV
- SOCAR 2026-cı ilin üçüncü rübünə dair fəaliyyət göstəricilərini açıqladı - Baku TV
- Şərti yanğının söndürülməsi əməliyyatı yerinə yetirilib - Baku TV
- Süni intellekt enerji sektorunda | Şagirdlər hansı həlləri təqdim edəcəklər? - Baku TV
- 251 milyon dollarlıq ixrac | SOCAR qeyri-neft ixracında ön sıralarda - Baku TV
