Pleyeri seçin:
SOCAR və “Albgaz” arasında əməkdaşlıq imkanları genişlənir | Detallar açıqlandı
Dövlət Neft Şirkəti Albaniyada ofis açıb.
Bu barədə Albaniyanın “Albgaz” qaz operatorundan məlumat verilib.
Məlumata görə, “SOCAR Albania”nın təqdimat mərasimində Azərbaycanın Albaniyadakı səfiri Anar Hüseynov, Albaniyanın İnfrastruktur və Energetika Nazirliyinin, həmçinin “Albgaz”ın nümayəndələri iştirak ediblər.
Xatırladaq ki, ötən ilin noyabr ayında SOCAR, Albaniyanın İnfrastruktur və Energetika Nazirliyi və “Albgaz” şirkəti arasında Anlaşma Memorandumu imzalanıb.
Mərasimdə SOCAR-ın həyata keçirəcəyi layihənin Albaniyanın Korça şəhərində kömürdən və oduncaqdan istifadənin qarşısını alaraq dekarbonizasiya prosesinə ciddi töhfə verəcəyi bildirilib.
Qeyd edək ki, Albaniya TAP-ın keçdiyi tranzit ölkələrdən sayılır.
Kopyalandı
#SOCAR teqi istifadə olunub
- Kot-d’İvuar ilə Azərbaycan arasında enerji sahəsi ilə bağlı mühüm müzakirələr aparıldı - Baku TV
- Pərviz Şahbazov İndoneziyanın Azərbaycandakı səfiri ilə nələri müzakirə etdi? - Baku TV
- SOCAR-ın Bolqarıstandakı qazpaylayıcı şəbəkəsi | "İlkin layihələndirmə işləri tamamlanıb" - Baku TV
- SOCAR-ın təşkilatçılığı ilə 2 günlük seminar | Təşəbbüs təcrübə mübadiləsini genişləndirir - Baku TV
- Əməkdaşlığın genişləndirilməsinin perspektivləri müzakirə edilib - Baku TV
