Pleyeri seçin:

SOCAR və Almaniyanın SEFE şirkəti arasında 10 illik müqavilə imzalandı | Detallar

10 iyun 2025 262 baxış

Azərbaycan Dövlət Neft Şirkəti ilə Almaniyanın “Securing Energy for Europe” dövlət enerji şirkəti arasında təbii qaz alışı üzrə 10 illik müqavilə imzalanıb. Bu barədə SOCAR məlumat yayıb.

Razılaşmaya əsasən, qaz həcmlərini SOCAR Avropada SEFE-yə təchiz edəcək. İllik tədarük həcmi mərhələli şəkildə artırılaraq, 15 terevatt-saat, yəni təxminən 1,5 milyard kubmetrə çatdırılacaq.

Bu əməkdaşlıq hasilat və infrastruktur, o cümlədən qaz kompressorları sahəsində investisiyaları dəstəkləməklə, Avropaya daha çox boru xətti qazının çatdırılmasını təmin edəcək və qitənin enerji təhlükəsizliyinə töhfə verəcək.

SEFE-nin baş icraçı direktoru Egbert Laege bildirib ki, bu uzunmüddətli müqavilə Almaniya ilə Azərbaycan arasında mövcud olan güclü münasibətlərin bariz nümunəsidir.

Bu tərəfdaşlıq sayəsində Avropaya əhəmiyyətli həcmdə təbii qaz çatdırmaq üçün yeni bir marşrut formalaşdırılır, bu isə bizim portfelimizi şaxələndirməyə və müştərilərimizin enerji təchizatının təhlükəsizliyini artırmağa xidmət edir.

SOCAR-ın prezidenti Rövşən Nəcəf isə SEFE-yə etibarlı və iri həcmdə təbii qaz təchiz etməklə Azərbaycanla Almaniya arasında mövcud tərəfdaşlığın daha da möhkəmləndiyini, ölkəmizin Avropanın enerji şaxələndirməsi və dayanıqlı inkişaf hədəflərinə töhfə verdiyini vurğulayıb.

11 ayda ölkəyə 1,8 milyard ABŞ dolları dəyərində avtomobil gətirilib

11 ayda ölkəyə 1,8 milyard ABŞ dolları dəyərində avtomobil gətirilib

İqtisadiyyat
19 dekabr 2025 262 baxış
Texnoparkla bağlı imtiyazlar İKT sahəsində ixracı stimullaşdırır - Baku TV

Texnoparkla bağlı imtiyazlar İKT sahəsində ixracı stimullaşdırır - Baku TV

İqtisadiyyat
18 dekabr 2025 262 baxış
2025-ci ilin ən fəal sahibkarları mükafatlandırılıb

2025-ci ilin ən fəal sahibkarları mükafatlandırılıb

İqtisadiyyat
18 dekabr 2025 262 baxış
Bakı Beynəlxalq Dəniz Limanının direktoru qarşıya qoyulan hədəflərdən danışdı

Bakı Beynəlxalq Dəniz Limanının direktoru qarşıya qoyulan hədəflərdən danışdı

İqtisadiyyat
18 dekabr 2025 262 baxış
Tədiyə balansındakı kəsir valyuta bazarına təsir göstərəcək? | İqtisadçılar danışdı - Baku TV

Tədiyə balansındakı kəsir valyuta bazarına təsir göstərəcək? | İqtisadçılar danışdı - Baku TV

İqtisadiyyat
18 dekabr 2025 262 baxış
SOCAR və "MOL Group" pay bölgüsü sazişi imzalayıb - BAKU TV

SOCAR və "MOL Group" pay bölgüsü sazişi imzalayıb - BAKU TV

İqtisadiyyat
17 dekabr 2025 262 baxış
Aqrar biznes festivallarının əhəmiyyəti

Aqrar biznes festivallarının əhəmiyyəti

İqtisadiyyat
17 dekabr 2025 262 baxış
Yarmarkalarda məhsulların keyfiyyətinə nəzarət olunur

Yarmarkalarda məhsulların keyfiyyətinə nəzarət olunur

İqtisadiyyat
17 dekabr 2025 262 baxış
Fermerlərin maliyyə resurslarına çıxışları asanlaşdırılır

Fermerlərin maliyyə resurslarına çıxışları asanlaşdırılır

İqtisadiyyat
17 dekabr 2025 262 baxış
SOCAR Pakistanda neft kəmərinin tikintisi layihəsində iştirak etməyi planlaşdırır - Baku TV

SOCAR Pakistanda neft kəmərinin tikintisi layihəsində iştirak etməyi planlaşdırır - Baku TV

İqtisadiyyat
17 dekabr 2025 262 baxış
Seçilmişlər
icon