Pleyeri seçin:
SOCAR və Beynəlxalq Əmək Təşkilatı arasında potensial əməkdaşlıq imkanlarının müzakirəsi - Baku TV
Azərbaycan Dövlət Neft Şirkəti və Beynəlxalq Əmək Təşkilatı arasında müxtəlif sahələr üzrə potensial əməkdaşlıq imkanları nəzərdən keçirilib. Bu barədə SOCAR-dan bildirilib.
Qeyd edilib ki, müzakirələr SOCAR-ın vitse-prezidentləri Ziba Mustafayeva, Fuad Musayev və Aparat rəhbəri Hafiz Zeynalovun iştirakı ilə Beynəlxalq Əmək Təşkilatının Moskva ofisinin direktoru Mixail Pouçkin və qurumun Azərbaycandakı Milli Koordinatoru Yaşar Həmzəyevlə keçirilən görüşdə aparılıb.
Müzakirədə SOCAR-ın enerji keçidi, rəqəmsallaşma və innovasiya proseslərində insan kapitalının inkişafına xüsusi önəm verildiyi vurğulanıb. Həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Kopyalandı
#SOCAR teqi istifadə olunub
- Kot-d'İvuarda yerləşən neft-qaz yatağından 2023-cü ildən hasilata başlanılıb - Baku TV
- SOCAR "Boston Consulting Group" ilə yeni enerji trendlərini müzakirə edib - Baku TV
- SOCAR və Yaponiya Beynəlxalq Əməkdaşlıq Bankı arasındakı müzakirə barədə detallar - Baku TV
- SOCAR və Əbu-Dabi Milli Neft Şirkətinin rəhbərləri görüşdü - Baku TV
- SOCAR və "Eni" arasında potensial layihələr müzakirə edilib - Baku TV
