SOCAR və IE Universiteti arasındakı əməkdaşlıq çərçivəsində vacib tədbir - Baku TV
Yeniliklərdən dərhal xəbərdar olun
SOCAR və IE Universiteti arasında potensial əməkdaşlıq çərçivəsində IE Universitetinin professoru Alberto Levy tərəfindən SOCAR əməkdaşları üçün süni intellekt mövzusunda seminar təşkil olunub.
Seminar zamanı süni intellektin müasir biznes mühitinə təsiri, idarəetmə və qərarvermə proseslərində yaratdığı transformasiya, eləcə də təşkilatlar üçün formalaşdırdığı yeni imkanlar və strateji perspektivlər müzakirə olunub.
Professor Alberto Levy çıxışında süni intellekt texnologiyalarının artıq qlobal iqtisadiyyat və idarəetmə modellərində dönüş nöqtəsinə çatdığını və təşkilatların bu texnoloji transformasiyaya çevik şəkildə uyğunlaşmasının böyük əhəmiyyət daşıdığını qeyd edib.
Tədbir SOCAR əməkdaşlarının innovativ texnologiyalar və rəqəmsal transformasiya sahəsində məlumatlılığının artırılması, həmçinin beynəlxalq səviyyədə akademik tərəfdaşlarla bilik və təcrübə mübadiləsinin genişləndirilməsi məqsədilə təşkil olunub.
#Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) teqi istifadə olunub
- SOCAR-ın prezidenti "KazMunayGas" şirkətinin İdarə Heyətinin sədri ilə görüşdü - Baku TV
- SOCAR 2026-cı ilin üçüncü rübünə dair fəaliyyət göstəricilərini açıqladı - Baku TV
- Şərti yanğının söndürülməsi əməliyyatı yerinə yetirilib - Baku TV
- Süni intellekt enerji sektorunda | Şagirdlər hansı həlləri təqdim edəcəklər? - Baku TV
- 251 milyon dollarlıq ixrac | SOCAR qeyri-neft ixracında ön sıralarda - Baku TV
