SOCAR və “Özbəkneftqaz” şirkəti birgə təhsil proqramı təşkil edəcək
Azərbaycan Dövlət Neft Şirkəti və “Özbəkneftqaz” şirkəti magistratura ixtisası üzrə birgə təhsil proqramının təşkili barədə razılığa gəlib.
Belə bir qərar SOCAR-ın vitse-prezidenti Ziba Mustafayevanın başçılıq etdiyi Azərbaycan nümayəndə heyətinin Özbəkistana səfərinin yekununda qəbul edilib.
2023-cü ilin iyulun 18-də “Özbəknefteqaz” şirkəti ilə SOCAR arasında kadr hazırlığı sahəsində əməkdaşlığa dair imzalanmış Memorandumun icrasını təmin etmək məqsədilə təşkil olunmuş səfər çərçivəsində SOCAR-ın nümayəndə heyəti, “Özbəkneftqaz”ın rəhbərliyi və kadrlar şöbəsinin əməkdaşları ilə görüşlər keçirib.
Həmçinin “Özbəkneftqaz” və SOCAR şirkətlərinin dəstəyi ilə Daşkənd Kimya-Texnologiya İnstitutu və Bakı Ali Neft Məktəbinin magistratura pilləsində birgə təhsil proqramının təşkili barədə razılıq əldə olunub.
Birgə təhsil proqramına uyğun olaraq magistrlər 1 il Daşkənd Kimya-Texnologiya İnstitutunda, 1 il isə Bakı Ali Neft Məktəbində təhsil alacaq və hər iki təhsil müəssisəsinin diplomunu əldə edəcəklər.
#Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) teqi istifadə olunub
- Bankın böyük layihələri sırasında SOCAR yer alıb - Baku TV
- Şirkət qeyri-neft sektorunun ixracyönümlü sahələrinə investisiya yatıra bilər - Baku TV
- “Azəriqaz” İB-nin xidmət sahələri ilə bağlı müraciəti olan sakinlərin diqqətinə - Baku TV
- SOCAR-ın yeni vitse-prezidentindən açıqlama | Boru kəmərləri kimlər üçün vacibdir? - Baku TV
- SOCAR-ın istehsal etdiyi metanol Azərbaycanın ixracında hansı rol oynayır? - Baku TV
