Tədarük olunan qazın həcmi ildə təxminən 2 milyard kubmetrdir | Ralf Horlemann - Baku TV
Almaniya şirkətlərinin Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə bağladıqları uzunmüddətli müqavilələr çərçivəsində Azərbaycandan tədarük olunan qazın həcmi ildə təxminən 2 milyard kubmetr qiymətləndirilir.
Bu barədə Almaniyanın Azərbaycandakı səfiri Ralf Horlemann jurnalistlərlə vida görüşündə bildirib.
"Üç Almaniya şirkətinin SOCAR-dan müqavilə ilə aldığı – ildə təxminən 2 milyard kubmetr qaz – Avropanın enerji bazarının sabitləşməsi üçün çox vacibdir", – deyə Horlemann bildirib.
Səfir izah edib ki, tədarüklər Avropa enerji bazarı daxilində, ilk növbədə İtaliya ilə svop sazişləri mexanizmi vasitəsilə həyata keçirilir.
"Söhbət təxminən 10 il üçün nəzərdə tutulmuş uzunmüddətli razılaşmalardan gedir. Mən gözləyirəm ki, qazın bu həcmi həmin dövrdən sonra da arta bilər, lakin hazırda, ilk 10 il ərzində o, ildə təxminən 2 milyard kubmetr təşkil edir", – deyə o əlavə edib.
#Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) teqi istifadə olunub
- Bankın böyük layihələri sırasında SOCAR yer alıb - Baku TV
- Şirkət qeyri-neft sektorunun ixracyönümlü sahələrinə investisiya yatıra bilər - Baku TV
- “Azəriqaz” İB-nin xidmət sahələri ilə bağlı müraciəti olan sakinlərin diqqətinə - Baku TV
- SOCAR-ın yeni vitse-prezidentindən açıqlama | Boru kəmərləri kimlər üçün vacibdir? - Baku TV
- SOCAR-ın istehsal etdiyi metanol Azərbaycanın ixracında hansı rol oynayır? - Baku TV
