İqtisadiyyat
Pleyeri seçin:

Turizmin inkişaf etdirilməsində yeni addımlar

04 yanvar 2024

Sahibkarlıq subyektlərinin vergi yükünün azaldılması və sahibkarlıq fəaliyyətinin təşviqi istiqamətində mühüm dəyişikliklərdən biri turizm subyektlərinə (mehmanxana, hotel və sanatoriyalar) əmlak vergisi üzrə vergi təşviqin verilməsi ilə bağlıdır.

Məlum olduğu kimi, regional turizmin gəlirləri əsas etibarilə mövsümi fəaliyyət üzrə formalaşır və digər vaxtlarda bu sektor üzrə gəlirlərin səviyyəsi kəskin azalır. Turizm sektorunda yerləşmə vasitələrinin aktivlərinin dəyəri kifayət qədər böyük həcmdə olur. Bu səbəbdən əmlak vergisi sabit xərc olmaqla mövsümi fəaliyyət göstərən biznes üzərində əhəmiyyətli vergi yükü yaradır.

Regional turizmin inkişaf etdirilməsi və sabit vergi xərclərinin azaldılması məqsədilə turizm subyektlərinə (mehmanxana, hotel və sanatoriyalar) vergi təşviqlərinin verilməsi nəzərdə tutulur. Bu məqsədlə Bakı, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonu istisna olmaqla, respublikanın digər şəhər və rayonlarında mehmanxana, hotel və sanatoriya fəaliyyətində istifadə edilən (Vergi Məcəlləsinin 16.3-cü maddəsinə müvafiq olaraq sahibkarlıq fəaliyyətinin müvəqqəti dayandırıldığı dövr istisna olmaqla) daşınmaz əmlaka görə əmlak vergisinin 2024-ci il yanvarın 1-dən 3 il müddətinə 75 faiz azaldılması ilə bağlı Vergi Məcəlləsində dəyişiklik edilib.

Dəyişikliyin əsas məqsədi regional turizmi dəstəkləmək və biznes üzərindəki sabit vergi xərclərini optimallaşdırmaqdır.

"Green Capital Management" və "Al Baladi Holding" arasında mühüm saziş imzalandı

"Green Capital Management" və "Al Baladi Holding" arasında mühüm saziş imzalandı

İqtisadiyyat
25 iyul 2024
Azərbaycan qazının nəqli ilə bağlı mühüm açıqlama | Vitali Bəylərbəyov

Azərbaycan qazının nəqli ilə bağlı mühüm açıqlama | Vitali Bəylərbəyov

İqtisadiyyat
25 iyul 2024
Rövşən Nəcəf və Asxat Xasenov arasındakı görüşdə nələr müzakirə olundu?

Rövşən Nəcəf və Asxat Xasenov arasındakı görüşdə nələr müzakirə olundu?

İqtisadiyyat
25 iyul 2024
Mərkəzi Bankdan qərar | Ləğv edilən bankın lisenziyası hara verildi?

Mərkəzi Bankdan qərar | Ləğv edilən bankın lisenziyası hara verildi?

İqtisadiyyat
25 iyul 2024
"Equinor" payını SOCAR-a satmaq üzrə sövdələşməni başa çatdırdı

"Equinor" payını SOCAR-a satmaq üzrə sövdələşməni başa çatdırdı

İqtisadiyyat
25 iyul 2024
SOCAR və “Özbəkneftqaz” şirkəti birgə təhsil proqramı təşkil edəcək

SOCAR və “Özbəkneftqaz” şirkəti birgə təhsil proqramı təşkil edəcək

İqtisadiyyat
25 iyul 2024
SOCAR-ın prezidenti Sumqayıtdakı emal müəssisələrində | Nələr müzakirə edildi?

SOCAR-ın prezidenti Sumqayıtdakı emal müəssisələrində | Nələr müzakirə edildi?

İqtisadiyyat
24 iyul 2024
Xəzər hövzəsinin ən böyük gəmiqayırma zavodu | Bakı Gəmiqayırma Zavodundan reportaj

Xəzər hövzəsinin ən böyük gəmiqayırma zavodu | Bakı Gəmiqayırma Zavodundan reportaj

İqtisadiyyat
24 iyul 2024
Dollara tələbatda kəskin artım | İqtisadçı səbəbləri açıqladı

Dollara tələbatda kəskin artım | İqtisadçı səbəbləri açıqladı

İqtisadiyyat
20 iyul 2024
SOCAR hədəflərinə çatmaq üçün nələri planlayır? | Mustafa Qurbanlıdan açıqlama

SOCAR hədəflərinə çatmaq üçün nələri planlayır? | Mustafa Qurbanlıdan açıqlama

İqtisadiyyat
19 iyul 2024
Seçilmişlər
icon