Vəsait şirkətin “yaşıl” gündəliyinə daxil ediləcək | SOCAR bütün hazırlıqları başa çatdırdı
Yeniliklərdən dərhal xəbərdar olun
SOCAR yerli maliyyə bazarında "yaşıl istiqraz"ların emissiya edilməsinə başlayıb.
Şirkətlərin ESG standartlarının tətbiqinə diqqəti artmaqdadır. SOCAR son illərdə ESG tətbiqi prosesində dərəcələndirmənin həyata keçirilməsini təmin edib və qiymətləndirmə miqyasında bir sıra oxşar şirkətlərlə müqayisədə üstün yer alıb.
Bu isə SOCAR-ın strateji bərpa olunan enerji layihələrinin səmərəli idarə edilməsindən, bu sahədə beynəlxalq tərəfdaşlar ilə əməkdaşlıq imkanlarının genişləndirilməsindən, habelə neft-qaz əməliyyatlarında dekarbonizasiya proseslərinə dəstək göstərilməsindən ibarətdir.
Emissiya vasitəsilə cəlb ediləcək vəsait şirkətin "yaşıl gündəliyi"nə daxil olan layihələrin maliyyələşdirilməsinə yönəldiləcək. Bununla bağlı SOCAR tərəfindən bütün hazırlıq başa çatdırılıb, o cümlədən ESG reytinqi alınıb, kredit reytinqi yaxşılaşdırılıb.
#Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) teqi istifadə olunub
- SOCAR ilə "Sinopec Corp." arasında Anlaşma Memorandumu imzalandı - Baku TV
- SOCAR neft emalı zavodunu yeniləyərək istehsal gücünü artırmağa hazırlaşır - Baku TV
- SOCAR və "Honeywell Technologies" arasında mühüm əməkdaşlıq sazişi imzalandı - Baku TV
- SOCAR “Comstock” şirkəti ilə yekun alqı-satqı müqaviləsi imzalayıb - Baku TV
- FHN və "Azneft" təhlükəli obyektlərdə nəzarətin gücləndirilməsini müzakirə etdi - Baku TV
