İqtisadiyyat
Pleyeri seçin:

Yaşıl enerji platformasının önəmi | Nazir ayrılan vəsaitə görə təşəkkür etdi

15 noyabr 2024

“Azərbaycan və Mərkəzi Asiya ölkələri gələcək nəsillər üçün təmiz, təhlükəsiz enerji irsi yaradır”.

Bunu energetika naziri Pərviz Şahbazov COP29 çərçivəsində təşkil olunmuş Mərkəzi Asiyada Enerji keçidi üzrə İnvestisiya Forumunda bildirib.

“Fürsətdən istifadə edərək Asiya İnkişaf Bankına “yaşıl enerji dəhlizi”nin yaradılması layihəsinin həyata keçirilməsi üzrə məsləhət xidmətlərinə, o cümlədən texniki-iqtisadi əsaslandırmanın hazırlanmasına və birgə müəssisənin işə salınmasına dəstək üçün 225 min ABŞ dolları qrant ayırmaq qərarına görə təşəkkür edirəm. Biz Mərkəzi Asiya-Azərbaycan Yaşıl Enerji Dəhlizini həyata keçirilməsi planlaşdırılan Xəzər dənizi-Qırmızı dəniz-Avropa və Azərbaycan-Türkiyə-Avropa Yaşıl Enerji Dəhlizinə bağlı böyük vahid yaşıl enerji platformasında həyati əhəmiyyətli bir bağlantı hesab edirik”, – deyə o qeyd edib.

Nazirin sözlərinə görə, böyük enerji layihələri təkcə enerjinin ötürülməsini təmin etmir, həm də sabit və davamlı gələcək üçün yol xəritəsi yaradır:

“Mərkəzi Asiya və Azərbaycanın birgə səyləri ilə biz gələcək nəsillər üçün təmiz, təhlükəsiz enerji irsi yaradırıq. Böyük enerji potensialı əsasında qurulmuş üç dəhliz investorlar, enerji şirkətləri və əlbəttə ki, maliyyə qurumları arasında əməkdaşlıq üçün geniş imkanlar təqdim edir. Bu forum vasitəsilə biz investorları və potensial tərəfdaşları bu tarixi transformasiyaya qoşulmağa dəvət edirik”.

Kopyalandı
Dövlət büdcəsinə qeyri-neft sektorundan gələn gəlirlər açıqlandı

Dövlət büdcəsinə qeyri-neft sektorundan gələn gəlirlər açıqlandı

İqtisadiyyat
21 noyabr 2024
Nazirdən aviasiya şirkətləri ilə bağlı açıqlama

Nazirdən aviasiya şirkətləri ilə bağlı açıqlama

İqtisadiyyat
21 noyabr 2024
Kənd təsərrüfatına daha çox vəsait ayrılacaq | Musa Qasımlı detalları açıqladı

Kənd təsərrüfatına daha çox vəsait ayrılacaq | Musa Qasımlı detalları açıqladı

İqtisadiyyat
21 noyabr 2024
Neft və qazdan asılılıq azalıb | Millət vəkilindən vacib açıqlamalar

Neft və qazdan asılılıq azalıb | Millət vəkilindən vacib açıqlamalar

İqtisadiyyat
21 noyabr 2024
Maliyyə nazirindən istilik problemi ilə bağlı açıqlama | Bu işlərə mənfi təsir göstərir

Maliyyə nazirindən istilik problemi ilə bağlı açıqlama | Bu işlərə mənfi təsir göstərir

İqtisadiyyat
20 noyabr 2024
Samir Şərifov Qarabağdakı yenidənqurma işlərindən danışdı | Böyük qələbədən sonra...

Samir Şərifov Qarabağdakı yenidənqurma işlərindən danışdı | Böyük qələbədən sonra...

İqtisadiyyat
20 noyabr 2024
Maliyyə naziri “qara qızıl”ın qiymətindən danışdı | Neft Fondunun gəliri açıqlandı

Maliyyə naziri “qara qızıl”ın qiymətindən danışdı | Neft Fondunun gəliri açıqlandı

İqtisadiyyat
20 noyabr 2024
Onlayn satışda da ƏDV qaytarılacaq? - Əgər bu tətbiq olunsa...

Onlayn satışda da ƏDV qaytarılacaq? - Əgər bu tətbiq olunsa...

İqtisadiyyat
20 noyabr 2024
Uçotsuz işləyən sahibkarlarla bağlı tədbir görüləcək | DVX rəisi detalları açıqladı

Uçotsuz işləyən sahibkarlarla bağlı tədbir görüləcək | DVX rəisi detalları açıqladı

İqtisadiyyat
20 noyabr 2024
Mavi yanacağın qiymətində artımın səbəbləri açıqlandı | Avropa bazarında son durum

Mavi yanacağın qiymətində artımın səbəbləri açıqlandı | Avropa bazarında son durum

İqtisadiyyat
20 noyabr 2024
Seçilmişlər
icon