Pleyeri seçin:

Yeni metrostansiyaların tikilməsi mənzil bazarına necə təsir edəcək? | Ekspertlər danışdı - Baku TV

02 fevral 2026 614 baxış

Yeni metrostansiyaların tikilməsi həmin ərazilərdə mənzil və torpaq qiymətlərinə təsir edəcək.

Bunu əmlak məsələləri üzrə ekspertlər deyirlər.

Onların sözlərinə görə, Yeni Günəşli, Zabrat, Saray, Masazır və Xırdalanda inşa ediləcək yeni stansiyalar bu ərazilərdə daşınmaz əmlaka tələbatın artmasına, qiymətlərin isə 15-20% yüksəlməsinə səbəb olacaq.

“Xüsusilə orta təminatlı əhali qrupları nəqliyyat xərclərini optimallaşdırmaq, azaltmaq məqsədilə bu cür ərazilərə müraciət edəcəklər. Bu amil təbii ki, mülkiyyətçi tərəfindən psixoloji faktor olaraq dərhal qiymətləndiriləcək və həmin ərazilərdə olan qiymətlərə təsir göstərəcək”, – deyə əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı mövzu ilə bağlı açıqlamasında bildirib.

“Bakı Metropoliteni”ndə inşası planlaşdırılan 10 yeni stansiyadan birində artıq tikinti işləri aparılır. Digər 9 stansiya üzrə isə layihələndirmə prosesi yekunlaşıb.

Yerüstü Nəqliyyat Agentliyinin məlumatına görə, metronun şərti adı B4 olan stansiyada tikinti işləri hazırda davam etdirilir və bu ilin sentyabr ayınadək başa çatdırılması nəzərdə tutulur. Həmçinin Dərnəgül deposunda tikinti işlərinə start verilib.

"Əsrin müqaviləsi" Azərbaycanın enerji strategiyasının əsasını formalaşdırdı - Baku TV

"Əsrin müqaviləsi" Azərbaycanın enerji strategiyasının əsasını formalaşdırdı - Baku TV

İqtisadiyyat
20 sentyabr 2026 614 baxış
Yanvar-avqust aylarında nə qədər karbamid istehsal olunub? - Baku TV

Yanvar-avqust aylarında nə qədər karbamid istehsal olunub? - Baku TV

İqtisadiyyat
19 sentyabr 2026 614 baxış
Dövlət Statistika Komitəsi metanol istehsalı barədə rəqəmləri açıqladı - Baku TV

Dövlət Statistika Komitəsi metanol istehsalı barədə rəqəmləri açıqladı - Baku TV

İqtisadiyyat
19 sentyabr 2026 614 baxış
SOCAR daxili innovasiya mexanizmlərini gücləndirir - Baku TV

SOCAR daxili innovasiya mexanizmlərini gücləndirir - Baku TV

İqtisadiyyat
19 sentyabr 2026 614 baxış
Rövşən Nəcəf Özbəkistanın nazirləri ilə görüşdü | Rəsmilər arasında nələr müzakirə olundu? - Baku TV

Rövşən Nəcəf Özbəkistanın nazirləri ilə görüşdü | Rəsmilər arasında nələr müzakirə olundu? - Baku TV

İqtisadiyyat
19 sentyabr 2026 614 baxış
SOCAR Neftçilər Günü ilə bağlı xüsusi videoçarx hazırlayıb - Baku TV

SOCAR Neftçilər Günü ilə bağlı xüsusi videoçarx hazırlayıb - Baku TV

İqtisadiyyat
18 sentyabr 2026 614 baxış
Regionların dəyişən siması: turizm, iş və yerli iqtisadiyyat - AKTUAL GÜNDƏM

Regionların dəyişən siması: turizm, iş və yerli iqtisadiyyat - AKTUAL GÜNDƏM

İqtisadiyyat
18 sentyabr 2026 614 baxış
Şamaxıdakı kompleks turizm, istirahət və sağlamlıq xidmətlərini bir məkanda birləşdirir - Baku TV

Şamaxıdakı kompleks turizm, istirahət və sağlamlıq xidmətlərini bir məkanda birləşdirir - Baku TV

İqtisadiyyat
18 sentyabr 2026 614 baxış
2027-ci il büdcəsinin ilkin göstəriciləri | Millət vəkili nələri açıqladı? - Baku TV

2027-ci il büdcəsinin ilkin göstəriciləri | Millət vəkili nələri açıqladı? - Baku TV

İqtisadiyyat
18 sentyabr 2026 614 baxış
“Baku ID 2026” innovasiya festivalının açılış mərasimi baş tutub

“Baku ID 2026” innovasiya festivalının açılış mərasimi baş tutub

İqtisadiyyat
17 sentyabr 2026 614 baxış
Seçilmişlər
icon