Pleyeri seçin:

“Abgəz, Abdullar, Avan, Avdalar, Avdıbəy - türk tarixinin izi” | QƏRBİ AZƏRBAYCAN XRONİKASI

31 iyul 2024 121 baxış

“Qərbi Azərbaycan Xronikası” layihəsi çərçivəsində "Tarixə ölü kənd kimi düşən yurd yerləri" adlı süjet hazırlanıb.

Süjetdə izi itirilən Abgəz, Abdullar, Avan, Avdalar, Avdıbəy toponimləri haqqında söz açılır. Bildirilir ki, elin, obanın tarixinin araşdırılmasında toponimlər əvəzedilməz mənbədir və məhz toponimlər vasitəsilə xalqın təşəkkülünü, tarixi coğrafiyasını və soykökünü elmi şəkildə öyrənmək mümkündür.

ABGƏZ – Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur mahalının Zəngəzur qəzasında, indiki Meğri rayonunda kənd olub. 1930-cu illərdə əhalisi rayon mərkəzinə və rayonun Hamravar kəndinə köçürüldükdən sonra kənd ləğv edilib.

ABDULLAR – İrəvan quberniyasının Yeni Bayazid qəzasında, Göyçə mahalının Kəvər, yəni Kamo rayonu ərazisində kənd olub. Göyçə gölünün sahilində yerləşib və indi ölü kənd hesab olunur.

AVAN – İrəvan quberniyasının Eçmiədzin qəzasında, Karbibasar mahalının Əştərək rayonunda kənd olub. Kənddə 1831-ci ildən 1916-cı ilədək yalnız azərbaycanlılar yaşayıblar və bura ermənilər 1916-cı ildən başlayaraq Türkiyədən köçürülüb. 1918-ci ildə kəndin əhalisi erməni təcavüzünə məruz qalaraq deportasiya olunub.

AVDALAR – İrəvan quberniyasının İrəvan qəzasında, Qırxbulaq mahalının Ellər, yəni Kotayk, sonra Abovyan olan rayonda kənd adıdır. Kənddə 1873-cü ildən 1916-cı ilədək yalnız azərbaycanlılar yaşayıblar və 1918-ci ildə erməni soyqırımına məruz qalaraq deportasiya olunublar. 1918-1919-cu illərdə Türkiyənin Van əyalətindən köçürülən ermənilər bu kənddə yerləşdiriliblər. 1946-cı ildə kəndin adı dəyişdirilib Hatsavan, yəni çörək qəsəbəsi qoyulub.

AVDIBƏY – İrəvan quberniyasının Aleksandropol qəzasında, Pəmbək mahalının Hamamlı, yəni Spitak rayonunda kənd olub. 1905-1906-cı illərdə azərbaycanlılar deportasiya olunublar.

"Rusiya bu işə bir çox cəhətdən maraq göstərir" | Mixail Kaluqindən açıqlama

"Rusiya bu işə bir çox cəhətdən maraq göstərir" | Mixail Kaluqindən açıqlama

Siyasət
17 dekabr 2025 121 baxış
Barzaxı, Basutçay, Batar, Bataxlı, Bacoğlu - türk tarixinin izi | QƏRBİ AZƏRBAYCAN XRONİKASI

Barzaxı, Basutçay, Batar, Bataxlı, Bacoğlu - türk tarixinin izi | QƏRBİ AZƏRBAYCAN XRONİKASI

Siyasət
16 dekabr 2025 121 baxış
“Bu sahədə işlər genişləndirilməlidir” | Adnan Özərdən türk dünyasına çağırış - TÜRKOLOJİ QURULTAY

“Bu sahədə işlər genişləndirilməlidir” | Adnan Özərdən türk dünyasına çağırış - TÜRKOLOJİ QURULTAY

Siyasət
16 dekabr 2025 121 baxış
AHİK-in sədri Sahib Məmmədovdan hesabat

AHİK-in sədri Sahib Məmmədovdan hesabat

Siyasət
16 dekabr 2025 121 baxış
Nazirlər Kabineti, AHİK və ASK baş kollektiv sazişi imzalayacaq

Nazirlər Kabineti, AHİK və ASK baş kollektiv sazişi imzalayacaq

Siyasət
16 dekabr 2025 121 baxış
Hansı siyasi dairələr Bakı və İrəvan arasında sülhə maraqlı deyil?

Hansı siyasi dairələr Bakı və İrəvan arasında sülhə maraqlı deyil?

Siyasət
16 dekabr 2025 121 baxış
Deputat Əli Kərimlinin müdafiəsinə qalxanlara od püskürdü - Baku TV

Deputat Əli Kərimlinin müdafiəsinə qalxanlara od püskürdü - Baku TV

Siyasət
16 dekabr 2025 121 baxış
Əli Əsədov Rusiyanın Həştərxan vilayətinin qubernatoru ilə görüşüb

Əli Əsədov Rusiyanın Həştərxan vilayətinin qubernatoru ilə görüşüb

Siyasət
16 dekabr 2025 121 baxış
Milli Şuranın sədri Cəmil Həsənli DTX-yə yenidən çağırılıb

Milli Şuranın sədri Cəmil Həsənli DTX-yə yenidən çağırılıb

Siyasət
16 dekabr 2025 121 baxış
Nazirlər Kabinetinin Həmkarlar İttifaqları Konfederasiyası ilə tərəfdaşlığı

Nazirlər Kabinetinin Həmkarlar İttifaqları Konfederasiyası ilə tərəfdaşlığı

Siyasət
16 dekabr 2025 121 baxış
Seçilmişlər
icon