Pleyeri seçin:

ABŞ 2026-cı ildə Cənubi Qafqazda fəaliyyətini artıracaq | Erməni politoloq - Baku TV

26 dekabr 2025 187 baxış

“ABŞ 2026-cı ildə Cənubi Qafqazdakı fəaliyyətini artıracaq. Hətta gələn il “Tramp yolu”nun (və ya Zəngəzur dəhlizinin) rəsmi olaraq açılması da istisna edilmir”.

Bu barədə erməni politoloq Suren Sərkisyan deyib.

Ekspertin sözlərinə görə, bu tədbir Ermənistanda iyun ayında keçiriləcək seçki kampaniyası ilə üst-üstə düşə bilər.

O qeyd edib ki, ABŞ-nin Ermənistanda və bütövlükdə regiondakı prioritetləri və maraqları İrəvanın reallıqları prizmasından yox, qlobal siyasət kontekstində nəzərdən keçirilməlidir:

“Biz “Tramp yolu”na Ermənistan prizmasından baxmağa meyilliyik. Əslində, söhbət təkcə Ermənistan, Azərbaycan və kommunikasiyalardan getmir, bu, Mərkəzi Asiyanı Avropa ilə birləşdirməyə, Rusiya və Çinin bölgədəki təsirini azaltmağa yönəlmiş daha böyük bir layihənin bir hissəsidir”.

Politoloq vurğulayıb ki, bu, ilk növbədə Mərkəzi Asiya ölkələrindən Avropa bazarına enerji ixracı və Avropanın Rusiyadan asılılığını azaltmaq və öz ərazisindən tranzit etmək istəyi ilə əlaqəlidir:

“Bu kontekstdə “Tramp yolu” qaz-neft boru kəmərləri, eləcə də nəqliyyat və ticarət dəhlizlərinin inşa edilə biləcəyi bir neçə alternativ logistik marşrutdan yalnız biridir. Bu kontekstdə Ermənistan Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında öz ərazisi vasitəsilə əlaqəni təmin etməkdən daha geniş bir geoiqtisadi layihənin bir hissəsidir”.

S.Sərkisyanın fikrincə, Mərkəzi Asiya ölkələri artıq Rusiya və Çindən yan keçərək Avropa bazarlarına alternativ marşrutlar hazırlayır və oxşar planlar son illərdə müxtəlif səviyyələrdə dəfələrlə səsləndirilib:

“Amerikanın regionda aktivliyinin artması 2026-cı ildə nəzərə çarpacaq. Bu çərçivədə “Tramp yolu”nun 43 kilometrlik hissəsinin rəsmi açılışı da mümkündür. Ermənistan hakimiyyəti seçkiqabağı dövrdə bundan istifadə etmək üçün parlament seçkilərindən əvvəl bunun baş verməsində maraqlıdır. Prosesin aktiv mərhələsi yanvar-fevral aylarında başlaya və il boyu davam edə bilər”.

Suren Sərkisyan ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vensin fevralda Ermənistana səfər edəcəyini də iddia edib.

İlham Əliyevin Münxendə Volodimir Zelenski ilə görüşü olub - Baku TV

İlham Əliyevin Münxendə Volodimir Zelenski ilə görüşü olub - Baku TV

Siyasət
14 fevral 2026 187 baxış
İlham Əliyev Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallas ilə bir araya gəlib - Baku TV

İlham Əliyev Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallas ilə bir araya gəlib - Baku TV

Siyasət
14 fevral 2026 187 baxış
Sərhədlərimizdə sülh qurulub, yeni vəziyyət yaranıb | İlham Əliyev - Baku TV

Sərhədlərimizdə sülh qurulub, yeni vəziyyət yaranıb | İlham Əliyev - Baku TV

Siyasət
14 fevral 2026 187 baxış
Prezident panel müzakirədə Ermənistanla sülh sazişinin imzalanmasından danışıb - Baku TV CANLI

Prezident panel müzakirədə Ermənistanla sülh sazişinin imzalanmasından danışıb - Baku TV CANLI

Siyasət
14 fevral 2026 187 baxış
Qərb elitalarının ifşasından danışa bilərikmi? | ANALİTİK BAXIŞ

Qərb elitalarının ifşasından danışa bilərikmi? | ANALİTİK BAXIŞ

Siyasət
14 fevral 2026 187 baxış
Bərpa olunacaq dəmiryollarının məsafəsi 600 kilometr olacaq | Prezident - Baku TV

Bərpa olunacaq dəmiryollarının məsafəsi 600 kilometr olacaq | Prezident - Baku TV

Siyasət
14 fevral 2026 187 baxış
Xəzər dənizinin dibi ilə çəkiləcək fiberoptik layihəsinin regional əhəmiyyəti - Baku TV

Xəzər dənizinin dibi ilə çəkiləcək fiberoptik layihəsinin regional əhəmiyyəti - Baku TV

Siyasət
14 fevral 2026 187 baxış
Dəniz limanlarımızın inkişafına sərmayələr yatırmışıq | İlham Əliyev - Baku TV

Dəniz limanlarımızın inkişafına sərmayələr yatırmışıq | İlham Əliyev - Baku TV

Siyasət
14 fevral 2026 187 baxış
"Açıq dəhliz siyasəti? Trans-Xəzər əməkdaşlığının dərinləşdirilməsi" mövzusunda panel iclası

"Açıq dəhliz siyasəti? Trans-Xəzər əməkdaşlığının dərinləşdirilməsi" mövzusunda panel iclası

Siyasət
14 fevral 2026 187 baxış
İlham Əliyevin Münxendə Bolqarıstan Prezidenti ilə görüşündə nələr danışıldı? - Baku TV

İlham Əliyevin Münxendə Bolqarıstan Prezidenti ilə görüşündə nələr danışıldı? - Baku TV

Siyasət
14 fevral 2026 187 baxış
Seçilmişlər
icon