Pleyeri seçin:

ABŞ səfirinin səfəri Cənubi Qafqazda nəyi dəyişə bilər? - Baku TV

10 sentyabr 2026 245 baxış

ABŞ-nin Ermənistandakı müvəqqəti işlər vəkili Devid Allenin Azərbaycana səfəri və xarici işlər nazirinin müavini Elnur Məmmədovla görüşü TRIPP layihəsi ilə bağlı müzakirələri yenidən gündəmə gətirib.

Milli Məclisin deputatı Hikmət Babaoğlu hesab edir ki, səfərin əsas səbəblərindən biri TRIPP marşrutunun icra mərhələsinə keçidi ilə bağlı proseslər ola bilər:

“Gəlişin səbəbi heç şübhəsiz ki, TRIPP marşrutunun önümüzdəki bir neçə aydan sonra icra mərhələsinə keçməsi ilə bağlıdır. ABŞ və Ermənistan arasında layihə üzrə pay bölgüsü olduğuna görə Azərbaycan tərəfinin də məlumatlandırılması və prosesə cəlb olunması vacibdir”.

Deputatın sözlərinə görə, Allenin Bakıya səfəri avqustun 8-də ABŞ-də keçirilmiş Azərbaycan-Ermənistan-ABŞ üçtərəfli görüşünün davamı kimi qiymətləndirilə bilər:

“Azərbaycanın iştirakçılığı burada şərtdir və vacibdir. Çünki TRIPP marşrutunun həm giriş, həm də çıxış nöqtəsi Azərbaycanla bağlıdır”.

Hikmət Babaoğlu bildirib ki, Ermənistan tərəfinin hüquqi prosedurları tamamlaması layihənin reallaşmasına doğru atılan mühüm addımlardan biridir. Onun fikrincə, prosesin 2027-ci ilin əvvəlindən icra mərhələsinə keçməsi mümkündür.

Deputat Azərbaycanın layihədə iştirakının müxtəlif formalarda gündəmə gələ biləcəyini də qeyd edib:

“Marşrutu inşa edəcək və bunu ən ucuz şəkildə həyata keçirə biləcək şirkətlər Azərbaycandadır. Digər tərəfdən, səhmlərin bölüşdürülməsi məsələsində də yeni yanaşmalar ola bilər. Azərbaycanın burada iştirakının hansı şəkildə olacağı müzakirə edilə bilər”.

Banner
İlham Əliyev Qazaxıstan Respublikasının Prezidentinə təbrik məktubu ünvanlayıb - Baku TV

İlham Əliyev Qazaxıstan Respublikasının Prezidentinə təbrik məktubu ünvanlayıb - Baku TV

Siyasət
25 oktyabr 2026 245 baxış
İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakıda keçirilən U-15 festivalında iştirak edib

İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakıda keçirilən U-15 festivalında iştirak edib

Siyasət
25 oktyabr 2026 245 baxış
İlham Əliyev və ailə üzvləri FIFA U-15 dünya çempionatının açılış mərasimini izləyiblər - Baku TV

İlham Əliyev və ailə üzvləri FIFA U-15 dünya çempionatının açılış mərasimini izləyiblər - Baku TV

Siyasət
25 oktyabr 2026 245 baxış
İlham Əliyev və birinci xanım dünya çempionatının və festivalının açılış mərasimində iştirak ediblər

İlham Əliyev və birinci xanım dünya çempionatının və festivalının açılış mərasimində iştirak ediblər

Siyasət
24 oktyabr 2026 245 baxış
Bakıda keçirilən görüşdə iki ölkə arasında hansı məsələlər müzakirə olunub? - Baku TV CANLI

Bakıda keçirilən görüşdə iki ölkə arasında hansı məsələlər müzakirə olunub? - Baku TV CANLI

Siyasət
24 oktyabr 2026 245 baxış
Təzyiqlərə qarşı ortaq mövqe

Təzyiqlərə qarşı ortaq mövqe

Siyasət
24 oktyabr 2026 245 baxış
“Arzuları ürəklərində qalacaq!” | Rəşad Bayramov Bakı-Ankara əlaqələri barədə nə danışdı? - Baku TV

“Arzuları ürəklərində qalacaq!” | Rəşad Bayramov Bakı-Ankara əlaqələri barədə nə danışdı? - Baku TV

Siyasət
24 oktyabr 2026 245 baxış
Bu ölkədə dəhşətli terror hücumu yaşandı | Azərbaycan XİN-dən reaksiya - Baku TV CANLI

Bu ölkədə dəhşətli terror hücumu yaşandı | Azərbaycan XİN-dən reaksiya - Baku TV CANLI

Siyasət
24 oktyabr 2026 245 baxış
Babişin Azərbaycana təklif etdiyi təyyarələri İrəvan niyə alır? - HƏRBİ XRONİKA

Babişin Azərbaycana təklif etdiyi təyyarələri İrəvan niyə alır? - HƏRBİ XRONİKA

Siyasət
24 oktyabr 2026 245 baxış
Sovet hakimiyyətinin elanından sonra Bəriabadın taleyi necə dəyişdi? - Baku TV

Sovet hakimiyyətinin elanından sonra Bəriabadın taleyi necə dəyişdi? - Baku TV

Siyasət
24 oktyabr 2026 245 baxış
Seçilmişlər
icon