Siyasət
Pleyeri seçin:

Ağdaban, Ağdamlar, Ağdaş, Ağdərə, Ağadərəsi, Ağdağ və Ağdan - türk tarixinin izi

18 sentyabr 2024 44 baxış

“Qərbi Azərbaycan Xronikası” layihəsi çərçivəsində “Ermənilər tərəfindən dəyişdirilən Qərbi Azərbaycan toponimlərinin tarixi və etimologiyası” adlı süjet efirə gedib.

Süjetdə “ad dəyişmə terroruna” məruz qalan Ağdaban, Ağdamlar, Ağdaş, Ağdərə, Ağadərəsi toponimləri, eləcə də Ağdağ, Ağdan oronimləri haqqında söz açılır.

Bildirilir ki, orta əsrlərdən etibarən Cənubi Qafqaza gələn ermənilər əvvəlcə saxta tarix kitabları yazıb özlərini regionun aftoxton sakinləri kimi qələmə verib, mövcud toponimləri dəyişdirməklə məşğul olublar.

Ağdaban – Zəngəzur mahalının Sisyan rayonu ərazisində kənd olub. Bazarçayın sağ sahilində yerləşib.

Ağdağ – Dərələyəz mahalının Keşişkənd, yəni Yeğeqnadzor rayonunda dağ adıdır. Hündürlüyü 1897 metr olan oronim qədim türk dilində “uca, hündür” mənasında işlənən “ağ” sözü əsasında yaranıb.

Ağdamlar – Gərnibasar mahalının Qəmərli, yəni Artaşat rayonunda kənd olub. Burada 1897-ci ildə 39 nəfər azərbaycanlı yaşayıb. XX əsrin əvəllərində ermənilərin təcavüzü nəticəsində azərbaycanlılar deportasiya olunub və kənd ləğv edilib.

Ağdan – Şəmşəddil mahalının Karvansaray, yəni İcevan rayonunun Ağdan kəndində çay adıdır və Ağstafa çayına tökülür.

Ağdaş – Loru mahalının Allahverdi, yəni Tumanyan rayonunda kənd adıdır. Kənd XIX əsrdə dağıdılaraq əhalisi Axtala və Şamlıq kəndlərinə köçürülüb. İndi xaraba kənddir.

Ağdərə – Dərələyəz mahalının Keşişkənd, yəni Yeğeqnadzor rayonunda kənd olub. 1831-ci ildə 78 nəfər, 1897-ci ildə 3 nəfər azərbaycanlı yaşayıb və XIX əsrin sonlarında ləğv edilib.

Ağadərəsi – Qırxbulaq mahalının Ellər, yəni Kotayk/Abovyan rayonunda kənd adıdır. 1905-1906-cı illərdə azərbaycanlılar tarixi-etnik torpaqlarından deportasiya olunub. 1946-cı ildə kəndin adı dəyişdirilib Katnaxpyur, yəni Südlü bulaq qoyulub.

Sonda vurğulanır ki, qondarma tarix yaratmaq üçün hayların uydurduğu toponimlərin sayı-hesabı yoxdur:

“Təbii ki, uydurmaçılıqla məşğul olan və bunu özlərinə peşə seçən ermənilər unudurlar ki, yalan baş tutur, amma yerimir. Çünki indiki şəraitdə əsl həqiqət qalib gələcək, Qərbi Azərbaycanın coğrafi və toponimik olaraq tarixi keçmişi bərpa olunacaq”.

İlham Əliyev Albaniyada | "Avropa Siyasi Birliyi"nin 6-cı Zirvə toplantısı

İlham Əliyev Albaniyada | "Avropa Siyasi Birliyi"nin 6-cı Zirvə toplantısı

Siyasət
16 may 2025 44 baxış
Məktəbdə rüşvət qalmaqalı | Lavrov Zelenskini təhqir etdi | İrana qarşı sanksiya - YENİ BİR SƏHƏR

Məktəbdə rüşvət qalmaqalı | Lavrov Zelenskini təhqir etdi | İrana qarşı sanksiya - YENİ BİR SƏHƏR

Siyasət
16 may 2025 44 baxış
Zəngəzur dəhlizi kimin nəzarətində açılır? | Kartlar yenidən paylanır - ANALİTİK BAXIŞ

Zəngəzur dəhlizi kimin nəzarətində açılır? | Kartlar yenidən paylanır - ANALİTİK BAXIŞ

Siyasət
15 may 2025 44 baxış
Zaxarova Bakı-Moskva münasibətlərindən danışdı | Mühüm açıqlamalar

Zaxarova Bakı-Moskva münasibətlərindən danışdı | Mühüm açıqlamalar

Siyasət
15 may 2025 44 baxış
Ermənistanın qanunvericilik, icra və məhkəmə orqanlarında Azərbaycan dili işlənəcək

Ermənistanın qanunvericilik, icra və məhkəmə orqanlarında Azərbaycan dili işlənəcək

Siyasət
15 may 2025 44 baxış
Prezident İlham Əliyev Albaniyada işgüzar səfərdədir

Prezident İlham Əliyev Albaniyada işgüzar səfərdədir

Siyasət
15 may 2025 44 baxış
İstanbulda kritik məqam | Rusiya və Ukrayna nümayəndələri nə vaxt gələcək?

İstanbulda kritik məqam | Rusiya və Ukrayna nümayəndələri nə vaxt gələcək?

Siyasət
15 may 2025 44 baxış
MN-dən vacib məlumat | Azərbaycan Ordusuna hansı tapşırıqlar verildi?

MN-dən vacib məlumat | Azərbaycan Ordusuna hansı tapşırıqlar verildi?

Siyasət
15 may 2025 44 baxış
Azərbaycan Prezidenti ilə Pakistanın Baş naziri arasındakı telefon danışığının detalları

Azərbaycan Prezidenti ilə Pakistanın Baş naziri arasındakı telefon danışığının detalları

Siyasət
15 may 2025 44 baxış
Moskva niyə təhdid altındadır? - Ukrayna və Rusiya nələrdə razılaşmalıdır?

Moskva niyə təhdid altındadır? - Ukrayna və Rusiya nələrdə razılaşmalıdır?

Siyasət
15 may 2025 44 baxış
Seçilmişlər
icon