Aleksandar Vuçiç Azərbaycan-Ermənistan münasibətindən danışdı | Bu, Serbiya üçün çox vacibdir
“Azərbaycan getdikcə daha əhəmiyyətli siyasi oyunçuya çevrilir və Serbiya bu ölkə ilə əməkdaşlığı inkişaf etdirməyə davam edəcək”.
Bunu jurnalistlərə açıqlamasında Serbiya Prezidenti Aleksandar Vuçiç deyib.
O qeyd edib ki, Bakı ilə Belqrad arasında enerji sahəsində əməkdaşlıq və qaz elektrik stansiyasının tikintisi ilə bağlı danışıqlar prosesi Serbiya üçün çox vacibdir:
“Bizim üçün qazın toplanması və sonradan elektrik enerjisi istehsalı üçün Bolqarıstan və Serbiya arasında interkonnektor, eləcə də qaz dəhlizi çox vacibdir. Digər tərəfdən Rusiyanın Azərbaycan vasitəsilə İranla, daha sonra bütün digər ölkələrlə logistik əlaqələri də bizim üçün çox faydalıdır.
Mərkəzi Asiya ölkələri arasında Orta Dəhliz də bizim üçün böyük əhəmiyyət kəsb edir. Mən öz vətəndaşlarıma və serbiyalı jurnalistlərə demək istərdim ki, son vaxtlar burada, Azərbaycanda müşahidə etdiyim tərəqqidən heyrətlənmişəm”.
#Serbiya teqi istifadə olunub
- "Artıq qaz yoxdur!" - Neft və qaz kəskin bahalaşacaq? - "Hamı üçün cəhənnəm yaranacaq!" - Baku TV
- Serbiyanın İrandakı səfiri təxliyəyə görə Azərbaycana təşəkkür etdi - Baku TV
- Fermerlərdən yüksək istehsal xərclərinə etiraz
- Serbiya Prezidentinə qarşı dəhşətli sui-qəsd planı ifşa olundu | Vuçiç hər şeyi danışdı - Baku TV
- Serbiyada böyük birgə layihə həyata keçiriləcək - Baku TV
