Ararat Mirzoyan estoniyalı həmkarı ilə "Tramp marşrutu"nu müzakirə etdilər
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan estoniyalı həmkarı Marqus Tsahkna ilə telefon danışığında regional kommunikasiya üçün yeni imkanlar açan "Tramp marşrutu"nun inkişafını müzakirə edib.
Bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb. Marqus Tsahkna 2026-cı ildə Estoniyanın Ermənistanda səfirlik açmaq qərarı barədə qarşı tərəfə məlumat verib. A.Mirzoyanın sözlərinə görə, bu qərar ölkələr arasında tərəfdaşlıq münasibətlərinin dinamikasının müsbət göstəricisidir.
"Estoniya Ermənistan və Azərbaycan arasında sülhün əldə olunması prosesini yüksək qiymətləndirir", – deyə estoniyalı nazir öz "X" hesabında yazıb.
Tərəflər həmçinin ikitərəfli gündəliyin irəlilədilməsi və Ermənistan-Avropa İttifaqı tərəfdaşlığına yönəlmiş konkret proqramların həyata keçirilməsi məsələlərini müzakirə ediblər. Bundan başqa, hibrid təhdidlərə qarşı mübarizədə əməkdaşlıq məsələləri də gündəmə gətirilib.
#Ararat Mirzoyan teqi istifadə olunub
- Tehran görüşündə enerji və infrastruktur layihələri gündəmə gətirildi - Baku TV
- Tehran görüşündə TRIPP-in region üçün yaratdığı imkanlar müzakirə edildi - Baku TV
- Mirzoyan ölkəsi ilə Türkiyə arasında münasibətlərin normallaşmasından danışdı
- Mirzoyan Rubionun Ermənistana səfəri ilə bağlı sualları cavablandırdı
- Mirzoyan Rusiya Prezidentinin açıqlamalarına necə reaksiya verdi?
