Pleyeri seçin:

Arxiv sənədləri, əhali siyahıları və məzar daşları | Kəndin keçmişi hansı həqiqətləri üzə çıxarır?

26 noyabr 2026 103 baxış

Adları:

Çar dövründə – Sultan-Əli qışlağı, Sultan-Əli-kişlağı, Sultan-Əli-Qışlaq, Can-Əhmədlu, Sultan-Əli
Sovet dövründə – Canəhməd, Günəşli
Ermənistanda sovet hakimiyyəti qurulana qədər kənd iki adla qeyd edilib: Sultanəli qışlağı və Canəhmədli. Sovet dövründə sənədlərdə Canəhməd adı ilə qeyd olunmağa başlayıb. 1968-ci ilin iyulunda kənd Günəşli adlandırılıb.

1991-ci ilin aprelində Ermənistanda Azərbaycan irsini erməniləşdirmək və məhv etmək siyasəti çərçivəsində kəndin adı dəyişdirilərək Kutakan qoyulub.

Kənd 1995-ci ildən Ermənistan Respublikasının Geğarkunik vilayətinin tərkibindədir.

XVIII əsrin ortalarından Rusiya işğalına qədər kəndin ərazisi İrəvan xanlığının Göyçə mahalının tərkibində olub.

1827-ci ildə Rusiya İrəvan xanlığının ərazisini işğal edib, 1828-ci il Türkmənçay müqaviləsi isə onun Rusiya imperiyası tərkibinə birləşdirilməsini təsbit edib. Çar Rusiyası dövründə kənd İrəvan quberniyasının Novo-Bayazid qəzasının tərkibində olub.

1829-1832-ci illərdə Rusiya hakimiyyətinin tapşırığı ilə keçmiş İrəvan və Naxçıvan xanlıqları ərazilərinin kameral təsviri tərtib edilib. Sənədə salınmış məlumatlara əsasən, kənd Rusiya–İran müharibəsi nəticəsində zərər çəkdiyi ehtimal edilən dağılmış kəndlər siyahısına daxil olub. XIX əsrin ikinci yarısına aid mənbələrdə kənd yenidən azərbaycanlıların əcdadlarının məskunlaşdığı yer kimi qeyd edilir.

Erməni mənbələrinin də istinad etdiyi çar dövrünə aid statistik məlumatlara görə, 1914-cü ilə qədər müxtəlif vaxtlarda kənddə yalnız və ya, əsasən, azərbaycanlıların əcdadları yaşayıblar.

«Qərbi Azərbaycanın yaddaş yerləri» – nadir elmi-tədqiqat işidir. Müasir Ermənistan ərazisində aparılan sahə tədqiqatları zamanı ilk dəfə olaraq, müasir azərbaycanlıların əcdadlarının vaxtilə məskunlaşdığı 600-ə yaxın kənd haqqında məlumat toplanmış və sistemləşdirilmişdir. Onların bəzilərində türk mədəni-tarixi irsinin fraqmentləri – qəbiristanlıqlar, pirlər, məscidlər qalmışdır.

Layihənin müəllifi: KUZARI

Layihənin saytı: «Qərbi Azərbaycanın yaddaş yerləri»

https://perishedcivilization-front.co...

Kuzari-nin «Yoxa çıxmış sivilizasiya. Nəzərdən qaçmış fəlakət» kitabı:

https://www.perishedcivilization.com/

Layihənin prodakşn tərəfdaşı: AZfront

Layihənin media tərəfdaşı: Baku TV

Kopyalandı
Banner
Əli Kərimlinin məhkəməsində Ramiz Mehdiyev və qızı ifadə verdi - Baku TV CANLI

Əli Kərimlinin məhkəməsində Ramiz Mehdiyev və qızı ifadə verdi - Baku TV CANLI

Siyasət
27 noyabr 2026 6 baxış
İlham Əliyev və Estoniyanın xarici işlər naziri nələri müzakirə etdi? - Baku TV

İlham Əliyev və Estoniyanın xarici işlər naziri nələri müzakirə etdi? - Baku TV

Siyasət
27 noyabr 2026 77 baxış
Mərakeşdəki seminarda süni intellektin korrupsiyaya qarşı mübarizədə rolu müzakirə olundu - Baku TV

Mərakeşdəki seminarda süni intellektin korrupsiyaya qarşı mübarizədə rolu müzakirə olundu - Baku TV

Siyasət
27 noyabr 2026 76 baxış
Sülh gündəliyində yeni mərhələ | Nələr müzakirə olunur? - Baku TV CANLI

Sülh gündəliyində yeni mərhələ | Nələr müzakirə olunur? - Baku TV CANLI

Siyasət
27 noyabr 2026 105 baxış
Pezeşkiandan birlik mesajı | Paşinyan yeni Konstitusiya ilə bağlı nə dedi? - YENİ BİR SƏHƏR

Pezeşkiandan birlik mesajı | Paşinyan yeni Konstitusiya ilə bağlı nə dedi? - YENİ BİR SƏHƏR

Siyasət
27 noyabr 2026 98 baxış
“Sülh körpüsü” təşəbbüsü çərçivəsində yeni dialoq formatı yaradılır - Baku TV

“Sülh körpüsü” təşəbbüsü çərçivəsində yeni dialoq formatı yaradılır - Baku TV

Siyasət
27 noyabr 2026 99 baxış
Paşinyan “Yerablur”la sülh sazişi arasında seçim qoydu - Baku TV

Paşinyan “Yerablur”la sülh sazişi arasında seçim qoydu - Baku TV

Siyasət
27 noyabr 2026 98 baxış
Azərbaycan əsgəri ilə bağlı növbəti qərar açıqlandı - Baku TV

Azərbaycan əsgəri ilə bağlı növbəti qərar açıqlandı - Baku TV

Siyasət
27 noyabr 2026 95 baxış
Ermənistanın Baş naziri Qarabağda doğulan şəxslərin pasportları ilə bağlı nə dedi? - 24 SAAT

Ermənistanın Baş naziri Qarabağda doğulan şəxslərin pasportları ilə bağlı nə dedi? - 24 SAAT

Siyasət
26 noyabr 2026 70 baxış
“Rusiya bütün imkanlardan istifadə edir ki...” | Ermənistan Rusiya sərhədçilərindən imtina edir?

“Rusiya bütün imkanlardan istifadə edir ki...” | Ermənistan Rusiya sərhədçilərindən imtina edir?

Siyasət
26 noyabr 2026 67 baxış
Seçilmişlər
icon