Pleyeri seçin:

Avropa Şurası komissarı Qərbi Azərbaycandan olan qaçqınlarla görüşdü

23 oktyabr 2023 354 baxış

Avropa Şurasının İnsan Hüquqları üzrə komissarı Dunya Miyatoviç oktyabrın 23-də Qərbi Azərbaycan İcmasını ziyarət edib, icma rəhbərliyi və Ermənistandan olan bir qrup azərbaycanlı qaçqınla görüş keçirib.

İcmanın Gənclər Birliyinin sədr müavini, Milli Məclisin deputatı Kamal Cəfərov və digər rəhbər şəxslərlə keçirilən görüş zamanı azərbaycanlıların Ermənistandan zorla qovulması barədə geniş məlumat verilib, bu insan hüquqları pozuntusu ilə bağlı beynəlxalq ictimaiyyətin təcili tədbir görməli olduğu vurğulanıb.

İcma nümayəndələri Ermənistanın oradan azərbaycanlıları qovmaqla və onların geri qayıtmasına əngəl törətməklə beynəlxalq hüququ, o cümlədən Avropa Şurasının İnsan Hüquqları Konvensiyalarını kobud şəkildə pozduğunu diqqətə çatdırıblar. İcma nümayəndələri bildiriblər ki, Qərbi Azərbaycan İcması məsələnin sülh və ədalətli həlli üçün Ermənistan hökuməti ilə dialoqa hazırdır.

İcma xanım D.Miyatoviçi Ermənistandan qovulmuş azərbaycanlıların öz evlərinə qayıtmasına dəstək verməyə, o cümlədən baş vermiş pozuntularla bağlı qərəzsiz araşdırma aparmağa, Ermənistana tematik səfərlər təşkil etməyə və bu dövlətə təzyiq göstərməyə çağırıb.

Daha sonra D.Miyatoviç Ermənistandan olan bir qrup azərbaycanlı qaçqınla görüşüb. Qaçqınlar Ermənistandan zorla çıxarılma ilə bağlı xatirələrini bölüşüb, orada azərbaycanlılara məxsus qəbiristanlıqların, tarixi abidələrin dağıdılması, deportasiya zamanı 200-dən artıq azərbaycanlının öldürülməsi kimi faktları diqqətə çatdırıblar.

Xanım D.Miyatoviç qaçqınların, o cümlədən Ermənistandan qovulmuş azərbaycanlıların qayıdış hüququnun əhəmiyyətini başa düşdüyünü qeyd edərək bu məsələnin həllinin siyasi iradə tələb etdiyini bildirib. O, öz mandatı və regiona səfərinin məqsədləri barədə məlumat verərək qaldırılan məsələlərlə öz səlahiyyətləri çərçivəsində məşğul olacağını bildirib.

Banner
Sülh sazişi olmadan nəqliyyat əlaqələri bərpa edilə bilərmi? | Ekspertlər nələri açıqladı? - Baku TV

Sülh sazişi olmadan nəqliyyat əlaqələri bərpa edilə bilərmi? | Ekspertlər nələri açıqladı? - Baku TV

Siyasət
23 oktyabr 2026 354 baxış
Media və Yayım Şurası Azərbaycan haqqında yayılan əsassız iddiaları qətiyyətlə pisləyib - Baku TV

Media və Yayım Şurası Azərbaycan haqqında yayılan əsassız iddiaları qətiyyətlə pisləyib - Baku TV

Siyasət
22 oktyabr 2026 354 baxış
Bakı haqlı narazılığını bildirdi, Paşinyan işləri sürətləndirdi | Nikolun planı nədir? - Baku TV

Bakı haqlı narazılığını bildirdi, Paşinyan işləri sürətləndirdi | Nikolun planı nədir? - Baku TV

Siyasət
22 oktyabr 2026 354 baxış
Ankaradan gələn telefon zəngi və gərginlikdən çıxan siyasi mesajlar - Baku TV

Ankaradan gələn telefon zəngi və gərginlikdən çıxan siyasi mesajlar - Baku TV

Siyasət
22 oktyabr 2026 354 baxış
Qarabağ gərginliyi Ermənistanda azərbaycanlıların həyatını necə dəyişdi? - Baku TV

Qarabağ gərginliyi Ermənistanda azərbaycanlıların həyatını necə dəyişdi? - Baku TV

Siyasət
22 oktyabr 2026 354 baxış
AXC-nin İrəvan qərarı və Ermənistanın sonrakı iddiaları - Baku TV

AXC-nin İrəvan qərarı və Ermənistanın sonrakı iddiaları - Baku TV

Siyasət
22 oktyabr 2026 354 baxış
Türkiyədə Azərbaycanı hədəf alan dairələr kimlərdir?

Türkiyədə Azərbaycanı hədəf alan dairələr kimlərdir?

Siyasət
22 oktyabr 2026 354 baxış
"Azərbaycan ona görə bunu etdi ki..." | İrəvanın yeni TRIPP açıqlaması barədə siyasi şərh - Baku TV

"Azərbaycan ona görə bunu etdi ki..." | İrəvanın yeni TRIPP açıqlaması barədə siyasi şərh - Baku TV

Siyasət
22 oktyabr 2026 354 baxış
Qardaşlığın gələcəyi necə qorunacaq? - Baku TV CANLI

Qardaşlığın gələcəyi necə qorunacaq? - Baku TV CANLI

Siyasət
22 oktyabr 2026 354 baxış
Bakıda 3-cü İslam Maliyyə Forumu işə başlayıb - Baku TV

Bakıda 3-cü İslam Maliyyə Forumu işə başlayıb - Baku TV

Siyasət
22 oktyabr 2026 354 baxış
Seçilmişlər
icon