Pleyeri seçin:

Avşarlı, Avtandil talası, Avşar, Ağ qaya və Ağ tala - türk tarixinin izi

21 avqust 2024 241 baxış

“Qərbi Azərbaycan Xronikası” layihəsi çərçivəsində “Çar və daşnak hökumətinin “toponim əməliyyatı” adlı süjet efirə gedib.

Bugünkü süjetdə izi itirilən Avsarlı, Avtandil talası, Avşar, Ağ tala toponimləri və Ağ qaya oronimi haqqında söz açılıb. Bildirilib ki, indiki Ermənistanda azərbaycanlılara məxsus toponimlərin dəyişdirilməsi rəsmi dövlət siyasətinin tərkib hissəsi olub. Qərbi Azərbaycanda türkmənşəli toponimlərin erməniləşdirmə kampaniyasına hələ Çar Rusiyası dövründə və daşnak erməni hökuməti zamanında başlanılıb.

Avsarlı – Zəngəzur mahalının Qafan rayonunda kənd olub. Kəndin digər adı “Əvsərli” adlanıb. Kənd 1960-cı ildə ləğv edilib. Toponim avşar türk tayfasına mənsub olan “yer” mənasını bildirir.

Avtandil Talası – Şəmşəddil mahalının Şəmşəddin rayonu ərazisində qışlaq adıdır. 1930-cu ildə ləğv edilib və şəxs adı əsasında əmələ gəlib.

Avşar – Vedibasar mahalının Vedi, yəni Ararat rayonunda kənd olub. Kənddə 1831-ci ildən yalnız azərbaycanlılar yaşayıb və 1918-1919-cu illərdə ermənilər tərəfindən vəhşicəsinə qovulub və bura xaricdən köçürülən ermənilər yerləşdirilib. 1920-ci ildə indiki Ermənistanda sovet hakimiyyəti qurulandan sonra kənddən qovulmuş azərbaycanlılardan sağ qalanları doğma kəndlərinə qayıdıblar. Azərbaycanlılar 1948-1953-cü illərdə zorla Azərbaycana köçürülüb. Toponim “çevik və ovçuluğu sevən” mənasını verən Avşar Oğuz tayfasının adı əsasında əmələ gəlib.

Ağ Tala – Şəmşəddil mahalının indiki Dilican rayonu ərazisində kənd olub. Azərbaycanlıların yaşadığı kənd 1940-cı illərin axırlarında ləğv edilib. Toponim qədim türk dilində “kiçik, kiçicik, xırda, balaca” mənasında işlənən “ağ” sözü ilə “meşə ortasında açıqlıq” mənasında işlənən “tala” sözünün birləşməsindən əmələ gəlib, “çox da böyük olmayan, ərazicə kiçik tala” mənasını bildirir.

Ağ Qaya – Zəngəzur qəzasında, Zəngəzur mahalının Qafan rayonunda dağ adıdır. Bu oronim qədim türk dilində “hündür, uca” mənasında işlənən “ağ” sözü ilə “qaya” coğrafi nomeninin birləşməsindən əmələ gəlib.

Sonda bildirilir ki, ermənilərin toponimik cinayətləri bütün zamanlarda davam edib:

“Lakin xalqımızın tarixinə dair ən xırda cizgiləri özündə qoruyub saxlayan yer-yurd adlarını dilimizin ən qədim qatlarından silmək mümkün olmayıb. Təbii ki, zamanın sınağından çıxan toponimlərimizi yaşadıb, mühafizə edib gələcək nəsillərə çatdırmaq hər birimizin borcudur”.

Peskov Rusiyanın istəyini açıqladı | Kirkorov axtarışa verildi | Ukraynaya yardım - YENİ BİR SƏHƏR

Peskov Rusiyanın istəyini açıqladı | Kirkorov axtarışa verildi | Ukraynaya yardım - YENİ BİR SƏHƏR

Siyasət
17 dekabr 2025 241 baxış
Elektron siqaretlər niyə qadağan ediləcək? | ”Dövlət fiskal maraqları güdməyəcək” - Baku TV

Elektron siqaretlər niyə qadağan ediləcək? | ”Dövlət fiskal maraqları güdməyəcək” - Baku TV

Siyasət
17 dekabr 2025 241 baxış
Rəsmi Budapeşt niyə Ukraynadan üz döndərir? - Baku TV

Rəsmi Budapeşt niyə Ukraynadan üz döndərir? - Baku TV

Siyasət
17 dekabr 2025 241 baxış
"Rusiya bu işə bir çox cəhətdən maraq göstərir" | Mixail Kaluqindən açıqlama

"Rusiya bu işə bir çox cəhətdən maraq göstərir" | Mixail Kaluqindən açıqlama

Siyasət
17 dekabr 2025 241 baxış
Barzaxı, Basutçay, Batar, Bataxlı, Bacoğlu - türk tarixinin izi | QƏRBİ AZƏRBAYCAN XRONİKASI

Barzaxı, Basutçay, Batar, Bataxlı, Bacoğlu - türk tarixinin izi | QƏRBİ AZƏRBAYCAN XRONİKASI

Siyasət
16 dekabr 2025 241 baxış
“Bu sahədə işlər genişləndirilməlidir” | Adnan Özərdən türk dünyasına çağırış - TÜRKOLOJİ QURULTAY

“Bu sahədə işlər genişləndirilməlidir” | Adnan Özərdən türk dünyasına çağırış - TÜRKOLOJİ QURULTAY

Siyasət
16 dekabr 2025 241 baxış
AHİK-in sədri Sahib Məmmədovdan hesabat

AHİK-in sədri Sahib Məmmədovdan hesabat

Siyasət
16 dekabr 2025 241 baxış
Nazirlər Kabineti, AHİK və ASK baş kollektiv sazişi imzalayacaq

Nazirlər Kabineti, AHİK və ASK baş kollektiv sazişi imzalayacaq

Siyasət
16 dekabr 2025 241 baxış
Hansı siyasi dairələr Bakı və İrəvan arasında sülhə maraqlı deyil?

Hansı siyasi dairələr Bakı və İrəvan arasında sülhə maraqlı deyil?

Siyasət
16 dekabr 2025 241 baxış
Deputat Əli Kərimlinin müdafiəsinə qalxanlara od püskürdü - Baku TV

Deputat Əli Kərimlinin müdafiəsinə qalxanlara od püskürdü - Baku TV

Siyasət
16 dekabr 2025 241 baxış
Seçilmişlər
icon