Siyasət
Pleyeri seçin:

Ayxan Hacızadədən Azərbaycan əleyhinə bəyanata sərt cavab

22 dekabr 2023

“Avropa İttifaqının Azərbaycanda jurnalistlərin və siyasi fəalların saxlanması ilə bağlı əsassız ittihamlarını qətiyyətlə rədd edirik”.

Bu barədə rəsmi Bakının Avropa İttifaqının Azərbaycan əleyhinə iddiaları ilə bağlı bəyanatına verdiyi açıqlamada deyilir.

Bildirilib ki, Azərbaycan bu cür əsassız və qərəzli bəyanatları məhkəmə hakimiyyətinin müstəqilliyinə müdaxilə cəhdləri kimi qiymətləndirir.

Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə qeyd edib ki, istintaqın gedişatına müdaxilə edilməsi qəbuledilməzdir və məhkəmə prosesinin işinə müdaxilə hüquqi dövlətin əsas prinsipi olan qanunun aliliyi prinsipinə ziddir.

Təəssüf hissi ilə bildirilib ki, Aİ-nin Ermənistanda insanların fundamental hüquq və azadlıqlarının pozulması, siyasi təqiblər nəticəsində həbs edilmiş şəxslərin həbsxanalarda həyatlarını itirməsi hallarına, siyasətçilər və onların ailə üzvlərinə qarşı təqiblərə biganə qalması ikili standartların bariz nümunəsidir.

“Azərbaycana qarşı bu kimi əsassız bəyanatlarla çıxış etmək əvəzinə qarşı tərəfi Aİ üzv dövlətlərində insan hüquqlarının pozulması hallarına diqqət yetirməsini tövsiyə edirik. Aİ Fransada “sarı gödəkçələr” aksiyasında 12 üzvün öldürülməsi, İttifaq strukturlarında rüşvətxorluq və korrupsiya hallarının yayılması, islamofobiya və müsəlmanlara qarşı hücum faktlarını hələ də araşdırmayıb və adekvat münasibət bildirməyib.

Qeyd edilənlər fonunda Aİ-nin bu cür qərəzli və ədalətsiz bəyanatları Azərbaycanın daxili işlərinə müdaxilə kimi qiymətləndirilir. Bu əsassız iddialar Azərbaycan və Aİ əlaqələrinin inkişaf perspektivlərinə zərbə vurur”, – deyə Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə bildirib.

Hikmət Hacıyev Baydenin müşaviri ilə görüş zamanı nələri müzakirə etdi?

Hikmət Hacıyev Baydenin müşaviri ilə görüş zamanı nələri müzakirə etdi?

Siyasət
17 may 2024
Qacarandan çıxmamaq üçün ailəsini evinə qapadan babanın hekayəsi | QƏRBİ AZƏRBAYCAN XRONİKASI

Qacarandan çıxmamaq üçün ailəsini evinə qapadan babanın hekayəsi | QƏRBİ AZƏRBAYCAN XRONİKASI

Siyasət
17 may 2024
Tavuş sakinlərinin bağladığı Ermənistan-Gürcüstan yolu ilə bağlı yeni xəbər

Tavuş sakinlərinin bağladığı Ermənistan-Gürcüstan yolu ilə bağlı yeni xəbər

Siyasət
17 may 2024
Azərbaycan və Belarus prezidentləri Füzuli şəhərinin Baş planı ilə tanış olublar

Azərbaycan və Belarus prezidentləri Füzuli şəhərinin Baş planı ilə tanış olublar

Siyasət
17 may 2024
Qərb Rusiyanı Cənubi Qafqazdan qovmağa çalışır | Klaçkovdan şərh

Qərb Rusiyanı Cənubi Qafqazdan qovmağa çalışır | Klaçkovdan şərh

Siyasət
17 may 2024
İlham Əliyev və Lukaşenkonun Şuşaya səfərindən görüntülər

İlham Əliyev və Lukaşenkonun Şuşaya səfərindən görüntülər

Siyasət
17 may 2024
Kiçik Azərbaycan qlobal oyunçuya çevrilir? - Fransanın Bakı qorxusu

Kiçik Azərbaycan qlobal oyunçuya çevrilir? - Fransanın Bakı qorxusu

Siyasət
17 may 2024
Fransa günahkar axtarışında | Müstəmləkəçilik siyasətinin pərdəarxası - BAKU AKTUAL

Fransa günahkar axtarışında | Müstəmləkəçilik siyasətinin pərdəarxası - BAKU AKTUAL

Siyasət
17 may 2024
Qriqoryan ermənilərə qaranlıq qalan məsələyə aydınlıq gətirdi

Qriqoryan ermənilərə qaranlıq qalan məsələyə aydınlıq gətirdi

Siyasət
17 may 2024
Bakı buna görə COP29-a ev sahibliyi edəcək | BMT rəsmisi

Bakı buna görə COP29-a ev sahibliyi edəcək | BMT rəsmisi

Siyasət
17 may 2024
Seçilmişlər
icon