Azərbaycan ədalətli yanaşma tələb edir - Baku TV
“Dünya qazıntı yanacağı olmadan yaşaya bilməz və qazıntı yanacağı ehtiyatları zəngin olan ölkələr buna görə günahlandırılmamalıdır. Siz COP-u qeyd etdiniz, COP-a ev sahibliyi edən ölkənin rəhbəri olaraq mənim mesajlarımdan biri o idi ki, biz neft-qaza malik olduğumuza görə günahlandırılmamalıyıq”.
Bunu Azərbaycan Prezidenti İlham Əliyev fevralın 9-da ABŞ Ticarət Palatasının beynəlxalq üzvlərlə əlaqələr, Yaxın Şərq və Türkiyə üzrə baş vitse-prezidenti Kuş Çoksinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən bildirib.
“Mən həmçinin dedim ki, bir çox ölkələr COP keçirib və həmin ölkələr Azərbaycandan 10 dəfə çox neft və qaz istehsal edir, lakin onlar media hücumlarına məruz qalmayıblar. Mənim mesajım ondan ibarət idi ki, ölkələr karbohidrogen ixracından gələn gəlirləri necə istifadə etdiklərinə görə dəyərləndirilməlidirlər. Hər kəs görə bilər ki, Azərbaycanda sərvətin bölüşdürülməsi çox ədalətli şəkildə həyata keçirilir”, – deyə dövlət başçısı qeyd edib.
#İlham Əliyev teqi istifadə olunub
- İlham Əliyev Çin və İtaliya şirkətlərinin nümayəndələri ilə nələri müzakirə etdi? - Baku TV
- Dövlət başçısı “AzerGold”un Müşahidə Şurası ilə bağlı yeni sərəncam imzalayıb - Baku TV
- İlham Əliyev İsveçin Azərbaycandakı yeni səfiri ilə nələri müzakirə etdi? - Baku TV
- Azərbaycan-Estoniya əməkdaşlığının genişləndirilməsi ilə bağlı müzakirə - Baku TV
- ABŞ və İran arasında gözlənilən saziş imzalanacaq? | Hörmüz boğazı açıla bilər - YENİ BİR SƏHƏR
