Azərbaycan hərbçiləri “Kurtaran-2025” təlimlərində | Tapşırıqlar yerinə yetirildi
Azərbaycan hərbçiləri Türkiyədə sualtı axtarış və xilasetmə təlimlərində iştirak ediblər.
Təlim Türkiyənin Marmaris şəhərində keçirilıb. Məlumatı Azərbaycan Müdafiə Nazirliyi yayıb.
"KURTARAN-2025" adlı təlimdə hərbçilər qəzaya uğramış sualtı qayığın axtarış-xilasetmə gəmiləri tərəfindən xüsusi texnika və robotların köməyi ilə axtarışı, xilasedici dalğıclar vasitəsilə batan heyətə qida və tibbi ləvazimatın ötürülməsi, onların xüsusi avadanlıqlarla xilas edilməsi üzrə tapşırıqlar yerinə yetiriblər.
Bununla yanaşı, helikopter və təyyarələrdən də istifadə olunmaqla axtarış-xilasetmə tədbirləri icra olunub. Belə ki, hava vasitələrindən dənizə paraşüt tullanışları icra edilib, qəzaya uğramış gəminin su üzərində köməyə ehtiyacı olan heyətinə lazımi ləvazimatların atılması və zərərçəkənlərin təxliyəsi üzrə fəaliyyətlər həyata keçirilib.
Bir sözlə, "KURTARAN-2025" sualtı axtarış və xilasetmə təlimlərində hərbi qulluqçular yüksək peşəkarlıq nümayiş etdiriblər.
#Türkiyə teqi istifadə olunub
- Ankara-Vaşinqton xəttində yeni dövr | ABŞ Türkiyəni əsas tərəfdaşa çevirir? - Baku TV
- Səudiyyə üçün müharibə riski: Türkiyə və Pakistan hazırdırmı? - AKTUAL GÜNDƏM
- Azərbaycandan Türkiyəyə COP31-lə bağlı dəstək | "Haber Global" süjet hazırladı - Baku TV
- Qonaqlar Heydər məscidində vəhdət namazı qılıblar - Baku TV
- Türkiyə, Gürcüstan və İraqdakı azərbaycanlı din xadimləri ölkəmizdə səfərdədir - Baku TV
