Azərbaycan neçə elektrikli avtobus alıb? | Prezident rəqəmləri açıqladı
“Azərbaycanın imzaladığı və icra fazasında olan müqavilələr bizə 2030-cu ilə qədər 6 500 meqavat bərpa olunan enerji verəcək”.
Bunu Prezident İlham Əliyev Pekində Çinin CGTN (China Global Television Network) telekanalına müsahibəsində bildirib.
“Azərbaycanın ümumi quraşdırılmış gücü 8 min meqavat təşkil edir. Beləliklə, 5 ildən sonra demək olar ki, elektrik enerjisinin bugünkü tutumunu iki dəfə artırmış olacağıq – 6 min meqavat Günəş və külək elektrik enerjisindən əldə olunacaq, 500 meqavat hidroelektrik stansiyalarından gələcək. Bu bizim üçün həlledici olacaq. Çünki elektrik enerjisini istehsal etmək üçün əsasən təbii qazdan istifadə etməyi dayandıracağıq. Təbii qazı beynəlxalq bazarlara ixrac edəcək və əlbəttə ki, çoxlu mənfəət əldə edəcəyik”, – deyə dövlət başçısı qeyd edib.
#İlham Əliyev teqi istifadə olunub
- "Bunun müəllifi də sizsiniz" | Prezident ilə xalq rəssamı arasında səmimi söhbət - Baku TV
- Prezident İlham Əliyev Xalq rəssamı Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim etdi - Baku TV
- İlham Əliyevin Subrahmanyam Cayşankar ilə görüşündə hansı məsələlər gündəmə gəldi? - Baku TV
- Ankaradan gələn telefon zəngi və gərginlikdən çıxan siyasi mesajlar - Baku TV
- Xamenei Qalibafla görüşdü | Zelenskidən Ukrayna barədə gözlənilməz açıqlama - YENİ BİR SƏHƏR
