Azərbaycan üzərindən Ermənistana nə qədər taxıl və gübrə göndərildi? - Baku TV
Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana növbəti tədarük həyata keçirilib.
4 vaqondan ibarət, çəkisi 275 ton olan taxıl və 4 vaqondan ibarət, çəkisi 271 ton olan gübrə Biləcəri stansiyasından Böyük Kəsik istiqamətinə göndərilib.
Qeyd edək ki, sonuncu dəfə 10 vaqondan ibarət, 578 ton gübrə mayın 4-də Biləcəri stansiyasından Böyük Kəsik istiqamətinə yola salınıb. Ümumilikdə indiyədək Rusiyadan Ermənistana Azərbaycan üzərindən tranzit daşımalar çərçivəsində 25 min tondan çox taxıl, 3000 tondan çox gübrə və 68 ton qarabaşaq göndərilib.
Tranzitlə yanaşı, Azərbaycandan Ermənistana neft məhsullarının ixracı da davam edir. İndiyədək Azərbaycandan Ermənistana 8500 tondan çox dizel, 979 ton Aİ-92 benzini və 2955 ton Aİ-95 benzini ixrac olunub.
#Ermənistan teqi istifadə olunub
- Boş qalan kəndin izləri | Çöl tədqiqatları zamanı burada hansı irs aşkarlanıb?
- Rusiya Ermənistanı Aİİ-dən qovur: 4,6 milyardlıq təhlükə? - AKTUAL GÜNDƏM
- “Əgər məqsəd sülhdürsə, o zaman...” | Paşinyanın 2031 sözündən sonra 2028-i göstərməsi nə deməkdir?
- Paşinyan gah sülhə tələsir, gah da onu gecikdirir
- Hindistan Azərbaycan və Ermənistan arasındakı sülh prosesini alqışladı - Baku TV
