Pleyeri seçin:
Azərbaycan vasitəsilə Rusiyadan Ermənistana nələr yollanıldı? - Baku TV
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük həyata keçirilib.
6 vaqondan ibarət, çəkisi 408 ton olan gübrə Biləcəri stansiyasından Böyük Kəsik istiqamətinə yola salınıb.
Qeyd edək ki, indiyədək Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 33 min tondan çox taxıl, 7 min tondan çox gübrə, 133 ton alüminium, 68 ton qarabaşaq və 414 ton antrasit göndərilib.
Xatırladaq ki, tranzitlə yanaşı, Azərbaycandan Ermənistana neft məhsulları da ixrac olunur. İndiyədək Azərbaycandan Ermənistana 14 min tondan çox dizel, 4 min tondan çox “Aİ-92” və “Aİ-95” benzini ixrac olunub.
Kopyalandı
