Pleyeri seçin:

Azərbaycan və Çinin əməkdaşlıq etməkdə əsas məqsədi | Hər iki ölkə bunlara hazırdır

23 aprel 2025 655 baxış

Azərbaycanla Çin arasında imzalanan “Hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında Birgə Bəyanat”ın əsas məqsədi siyasi etimadı daha da gücləndirməklə yanaşı, iqtisadi əməkdaşlığın da dərinləşdirilməsidir.

Tərəflər “Bir kəmər, bir yol” təşəbbüsünün Azərbaycanın “İpək Yolunun dirçəldilməsi” strategiyası ilə uyğunlaşdırılmasını sürətləndirməyə razılaşıblar. Hədəf dayanıqlı və uzunmüddətli birgə inkişaf modelinin qurulmasıdır.

Ticarət və investisiya sahəsində əməkdaşlıq da genişlənir. Bu çərçivədə İşçi qrup yaradılacaq, azad ticarət sazişi üzrə danışıqlara başlamağa hazırlıq ifadə olunub. Eyni zamanda kənd təsərrüfatı məhsullarının qarşılıqlı bazarlara çıxışı da təşviq olunur.

Bundan başqa, Azərbaycan və Çin sənaye, enerji və nəqliyyat sahələrində də əməkdaşlığı gücləndirir.

Azərbaycan və Çin sənaye sahəsində əməkdaşlığı dərinləşdirməyə, rəqəmsal transformasiyanı təşviq etməyə və neft-kimya, metallurgiya, tekstil, əczaçılıq, maşınqayırma kimi sahələrdə kommersiya əsaslı layihələri genişləndirməyə hazır olduqlarını bildirib.

Tərəflər həmçinin bərpa olunan enerji sahəsində əməkdaşlığın fəal şəkildə inkişaf etdirilməsinə və təmiz enerji üzrə qlobal tərəfdaşlığın birgə irəlilədilməsinə dair razılığa gəliblər.

Nəqliyyat və logistika sahəsində də qarşılıqlı əlaqələr gücləndirilir. “Beynəlxalq Multimodal Daşımalar haqqında Saziş”in imzalanması yüksək qiymətləndirilib. Çin Azərbaycan və marşrut boyu ölkələrlə birlikdə Çin-Avropa-Çin Trans-Xəzər ekspres marşrutlarının təhlükəsizliyini və effektivliyini artırmaq niyyətindədir.

Tərəflər həmçinin beynəlxalq avtomobil daşımaları üzrə sazişin tezliklə razılaşdırılmasını və bu sahədə əlverişli şəraitin yaradılmasını önəmli hesab edirlər. Çinin ev sahibliyi etdiyi Nəqliyyatın Dayanıqlı İnkişafı üzrə Qlobal Forum bu sahədə əməkdaşlığın genişlənməsi üçün yeni imkanlar yaradır.

Banner
"Buna çox böyük ehtiyac var" | Ceyhun Bayramov Azərbaycan-Hindistan əlaqələrindən danışdı - Baku TV

"Buna çox böyük ehtiyac var" | Ceyhun Bayramov Azərbaycan-Hindistan əlaqələrindən danışdı - Baku TV

Siyasət
23 oktyabr 2026 655 baxış
Paşinyan Konstitusiyanı dəyişmək üçün növbədənkənar seçkilərə gedir? - AKTUAL GÜNDƏM

Paşinyan Konstitusiyanı dəyişmək üçün növbədənkənar seçkilərə gedir? - AKTUAL GÜNDƏM

Siyasət
23 oktyabr 2026 655 baxış
İlham Əliyevin Subrahmanyam Cayşankar ilə görüşündə hansı məsələlər gündəmə gəldi? - Baku TV

İlham Əliyevin Subrahmanyam Cayşankar ilə görüşündə hansı məsələlər gündəmə gəldi? - Baku TV

Siyasət
23 oktyabr 2026 655 baxış
Sülh sazişi olmadan nəqliyyat əlaqələri bərpa edilə bilərmi? | Ekspertlər nələri açıqladı? - Baku TV

Sülh sazişi olmadan nəqliyyat əlaqələri bərpa edilə bilərmi? | Ekspertlər nələri açıqladı? - Baku TV

Siyasət
23 oktyabr 2026 655 baxış
Media və Yayım Şurası Azərbaycan haqqında yayılan əsassız iddiaları qətiyyətlə pisləyib - Baku TV

Media və Yayım Şurası Azərbaycan haqqında yayılan əsassız iddiaları qətiyyətlə pisləyib - Baku TV

Siyasət
22 oktyabr 2026 655 baxış
Bakı haqlı narazılığını bildirdi, Paşinyan işləri sürətləndirdi | Nikolun planı nədir? - Baku TV

Bakı haqlı narazılığını bildirdi, Paşinyan işləri sürətləndirdi | Nikolun planı nədir? - Baku TV

Siyasət
22 oktyabr 2026 655 baxış
Ankaradan gələn telefon zəngi və gərginlikdən çıxan siyasi mesajlar - Baku TV

Ankaradan gələn telefon zəngi və gərginlikdən çıxan siyasi mesajlar - Baku TV

Siyasət
22 oktyabr 2026 655 baxış
Qarabağ gərginliyi Ermənistanda azərbaycanlıların həyatını necə dəyişdi? - Baku TV

Qarabağ gərginliyi Ermənistanda azərbaycanlıların həyatını necə dəyişdi? - Baku TV

Siyasət
22 oktyabr 2026 655 baxış
AXC-nin İrəvan qərarı və Ermənistanın sonrakı iddiaları - Baku TV

AXC-nin İrəvan qərarı və Ermənistanın sonrakı iddiaları - Baku TV

Siyasət
22 oktyabr 2026 655 baxış
Türkiyədə Azərbaycanı hədəf alan dairələr kimlərdir?

Türkiyədə Azərbaycanı hədəf alan dairələr kimlərdir?

Siyasət
22 oktyabr 2026 655 baxış
Seçilmişlər
icon