Azərbaycan və Ermənistan kimi ölkələr... | Zaxarova Moskvanın narahat olduğu məqamları açıqladı
Rusiya NATO-nun Cənubi Qafqaz ölkələri ilə keçirdiyi hərbi təlimlərdən narahatdır.
Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Mariya Zaxarova bildirib.
Onun sözlərinə görə, bu təlimlər bölgədə təhlükəsizliyi artırmaq yox, əksinə, vəziyyəti gərginləşdirmək məqsədi daşıyır.
Zaxarova qeyd edib ki, aprelin 28-də Gürcüstanda NATO-nun rəhbərliyi ilə hərbi təlimlər keçirilir və burada 17 ölkə, o cümlədən Azərbaycan və Ermənistan iştirak edir.
O vurğulayıb ki, NATO bu təlimlər vasitəsilə region ölkələrinə öz hərbi qaydalarını və ideologiyasını zorla qəbul etdirməyə, həmçinin onların ordularına nəzarət etməyə çalışır.
Zaxarovanın sözlərinə görə, NATO-nun əsas məqsədi Cənubi Qafqaz ölkələrinin imkan və resurslarını Qərbin maraqları naminə, xüsusilə Rusiya ilə geosiyasi qarşıdurmada istifadə etməkdir.
“Rusiya ümid edir ki, Azərbaycan və Ermənistan kimi ölkələr bu cür təlimlərdə iştiraka tənqidi və ehtiyatlı yanaşacaqlar”, − o qeyd edib.
#Rusiya Xarici İşlər Nazirliyi teqi istifadə olunub
- Tehrana səfər edən Lavrov iranlı həmkarı ilə nələri müzakirə etdi? - Baku TV CANLI
- Moskva Bakı ilə münasibətlərdə ortaq faciə səhifəsinin çevrildiyini açıqlayır
- “Azərbaycan da məcbur olacaq ki...” | Rusiya “səhifə çevrildi” dedi, bəs bundan sonra? - Baku TV
- Rusiya XİN-dən qəzaya uğrayan AZAL təyyarəsi ilə bağlı yeni açıqlama - Baku TV
- ABŞ-nin Rusiyaya qarşı sanksiyaları genişlənir | Moskva Pekindən nə gözləyir? - Baku TV
