Pleyeri seçin:

Azərbaycan və Mavriki prezidentlərinin görüşündə hansı məsələlərə toxunuldu? - Baku TV

19 may 2026 37 baxış

Prezident İlham Əliyev mayın 19-da Mavriki Respublikasının Prezidenti Daramber Qoxul ilə görüşüb.

WUF13 tədbirində iştirak etdiyinə görə Mavriki Prezidentinə təşəkkürünü bildirən dövlət başçısı onun səfərinin ikitərəfli əlaqələrin inkişafı ilə bağlı müzakirələr aparmaq baxımından da yaxşı imkan yaratdığını deyib.

Prezident İlham Əliyev siyasi münasibətlərimizin səviyyəsindən məmnunluğunu bildirib.

Mavriki Prezidenti bu tədbirə dəvətə görə dövlət başçısına təşəkkür edib.

Daramber Qoxul ikitərəfli əlaqələrimizin müxtəlif aspektlərini müzakirə etmək baxımından da səfərinin roluna toxunub.

Bakıya səfəri çərçivəsində "ASAN xidmət" mərkəzini ziyarət etdiyini deyən Mavriki Prezidenti oradakı şəraitin onda zəngin təəssürat hissi yaratdığını bildirib və ölkəsində də bu cür təcrübənin tətbiqində maraqlı olduğunu vurğulayıb.

ASAN modelinin yaradılması ilə əlaqədar Azərbaycanın müxtəlif dövlətlərlə əməkdaşlıq etdiyini deyən Prezident İlham Əliyev bildirib ki, bu xüsusda ölkəmiz Mavrikiyə də dəstək verməyə və təcrübəsini bölüşməyə hazırdır. Qonaq WUF13 kimi qlobal səviyyəli tədbirin Azərbaycanda keçirilməsinin önəmini vurğulayıb.

Daramber Qoxul Mavrikidən olan tələbələrə verilmiş təhsil təqaüdləri ilə bağlı Azərbaycan Prezidentinə təşəkkürünü bildirib, gələcəkdə bunun daha da artırılması imkanlarına baxılmasını xahiş edib.

Görüşdə ölkələrimizin beynəlxalq təşkilatlarda əməkdaşlığına toxunulub, müxtəlif səviyyələrdə qarşılıqlı səfərlərin və təmasların tərəfdaşlığın genişləndirilməsi baxımından rolu vurğulanıb. İqtisadiyyat, sərmayələr, enerji, o cümlədən bərpaolunan enerji, turizm və digər sahələrdə əməkdaşlığa dair fikir mübadiləsi aparılıb.

Kopyalandı
Prezidentdən beynəlxalq mesajlar | ABŞ İrana qarşı sanksiyaları genişləndirdi - YENİ BİR SƏHƏR

Prezidentdən beynəlxalq mesajlar | ABŞ İrana qarşı sanksiyaları genişləndirdi - YENİ BİR SƏHƏR

Siyasət
20 may 2026 37 baxış
"Azərbaycan Dəmir Yolları" QSC məlumat yaydı - Baku TV

"Azərbaycan Dəmir Yolları" QSC məlumat yaydı - Baku TV

Siyasət
20 may 2026 37 baxış
Tərəflər arasında anlaşma memorandumu imzalanıb - Baku TV

Tərəflər arasında anlaşma memorandumu imzalanıb - Baku TV

Siyasət
20 may 2026 37 baxış
Sahibə Qafarova İqor Sergeyenko ilə görüşdü - Baku TV

Sahibə Qafarova İqor Sergeyenko ilə görüşdü - Baku TV

Siyasət
20 may 2026 37 baxış
Energetika nazirindən bərpaolunan enerji layihələri ilə bağlı açıqlama - Baku TV

Energetika nazirindən bərpaolunan enerji layihələri ilə bağlı açıqlama - Baku TV

Siyasət
20 may 2026 37 baxış
Anar Quliyev WUF13 çərçivəsində gündəmə gətirilən məsələlərdən danışdı - Baku TV

Anar Quliyev WUF13 çərçivəsində gündəmə gətirilən məsələlərdən danışdı - Baku TV

Siyasət
20 may 2026 37 baxış
"Haber Global" Şuşa və Trabzon şəhərlərinin qardaşlaşması barədə süjet hazırladı - Baku TV

"Haber Global" Şuşa və Trabzon şəhərlərinin qardaşlaşması barədə süjet hazırladı - Baku TV

Siyasət
19 may 2026 37 baxış
Nazir taksi fəaliyyəti sahəsində görülən işlərdən danışdı - Baku TV

Nazir taksi fəaliyyəti sahəsində görülən işlərdən danışdı - Baku TV

Siyasət
19 may 2026 37 baxış
Qarabağda qurulan enerji gücü Azərbaycanın yeni geosiyasi silahına çevrilir? - AKTUAL GÜNDƏM

Qarabağda qurulan enerji gücü Azərbaycanın yeni geosiyasi silahına çevrilir? - AKTUAL GÜNDƏM

Siyasət
19 may 2026 37 baxış
Türkiyəli nazir forumla bağlı təəssüratlarını bölüşdü - Baku TV

Türkiyəli nazir forumla bağlı təəssüratlarını bölüşdü - Baku TV

Siyasət
19 may 2026 37 baxış
Seçilmişlər
icon