Pleyeri seçin:

Azərbaycan və Türkiyə Prezidentlərinə görülən işlər barədə məlumat verildi

28 may 2025 549 baxış

Prezident İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan mayın 28-də Kəlbəcər-Laçın avtomobil yolunda görülən tikinti işləri ilə tanış olublar.

Avtomobil Yolları Dövlət Agentliyi İdarə Heyətinin sədri Saleh Məmmədov Azərbaycan və Türkiyə prezidentlərinə görülən işlər barədə məlumat verib.

Bildirilib ki, dövlət başçısının tapşırığına əsasən, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində icra edilən mühüm əhəmiyyətə malik yol infrastrukturu layihələrindən biri də uzunluğu 75,8 kilometr olan Kəlbəcər-Laçın avtomobil yoludur.

Başlanğıcını Kəlbəcər rayonunun Qamışlı kəndindən götürməklə Laçın rayonunun ərazisindən keçən və bu iki rayonu birləşdirən yol 2, 3 və 4 hərəkət zolaqlı olacaq.

Qeyd olunub ki, yolboyu tikintisi nəzərdə tutulan 17 avtomobil tunelindən 16-da tikinti işləri uğurla davam etdirilir, birinin isə layihələndirilməsi aparılır. Uzunluğu 126 kilometr olan mövcud Kəlbəcər-Laçın avtomobil yolunun yeni layihəyə əsasən, tikintisi Kəlbəcər şəhər mərkəzindən Laçın şəhər mərkəzinədək məsafəni 32,2 kilometr qısaldaraq 93,8 kilometr təşkil edəcək.

Vurğulanıb ki, ümumilikdə Kəlbəcər-Laçın avtomobil yolunda tikinti işlərinin 44 faizi icra olunub. Yeni yol Kəlbəcər və Laçın rayonlarının bir çox yaşayış məntəqələri ilə yanaşı, rayon mərkəzinə və Laçın Beynəlxalq Hava Limanına rahat gediş-gəlişi təmin edəcək, ümumilikdə bu bölgənin sosial-iqtisadi inkişafına təkan verəcək.

İran tunellərdən raket qurğularını çıxarır: yeni müharibəyə hazırlıq gedir? - AKTUAL GÜNDƏM

İran tunellərdən raket qurğularını çıxarır: yeni müharibəyə hazırlıq gedir? - AKTUAL GÜNDƏM

Siyasət
15 aprel 2026 549 baxış
AZAL təyyarəsinin qəzası ilə bağlı məsələ həllini tapdı - Baku TV

AZAL təyyarəsinin qəzası ilə bağlı məsələ həllini tapdı - Baku TV

Siyasət
15 aprel 2026 549 baxış
Qəzaya uğrayan AZAL təyyarəsi ilə bağlı vacib bəyanat - Baku TV CANLI

Qəzaya uğrayan AZAL təyyarəsi ilə bağlı vacib bəyanat - Baku TV CANLI

Siyasət
15 aprel 2026 549 baxış
"Dövlət-din münasibətlərində hüquqi və institusional mexanizmlər" mövzusu ilə bağlı tədbir - Baku TV

"Dövlət-din münasibətlərində hüquqi və institusional mexanizmlər" mövzusu ilə bağlı tədbir - Baku TV

Siyasət
15 aprel 2026 549 baxış
Hörmüz blokadasının Azərbaycan iqtisadiyyatına təsiri: neft gəlirləri artsa da risklər böyüyür?

Hörmüz blokadasının Azərbaycan iqtisadiyyatına təsiri: neft gəlirləri artsa da risklər böyüyür?

Siyasət
15 aprel 2026 549 baxış
Hörmüz boğazının blokadası necə təsir edir? | 15 aprel Dünya İncəsənət Günüdür - YENİ BİR SƏHƏR

Hörmüz boğazının blokadası necə təsir edir? | 15 aprel Dünya İncəsənət Günüdür - YENİ BİR SƏHƏR

Siyasət
15 aprel 2026 549 baxış
Litva Respublikasının Baş nazirindən "Baku TV"yə özəl açıqlamalar - Baku TV

Litva Respublikasının Baş nazirindən "Baku TV"yə özəl açıqlamalar - Baku TV

Siyasət
14 aprel 2026 549 baxış
ABŞ İrana uranın zənginləşdirməsinə 20 illik moratorium təklif edib: razılığa gəlmək şansı var?

ABŞ İrana uranın zənginləşdirməsinə 20 illik moratorium təklif edib: razılığa gəlmək şansı var?

Siyasət
14 aprel 2026 549 baxış
Esvatininin Azərbaycanda yeni təyin olunmuş səfiri Prezidentin qəbulunda

Esvatininin Azərbaycanda yeni təyin olunmuş səfiri Prezidentin qəbulunda

Siyasət
14 aprel 2026 549 baxış
İlham Əliyev Kolumbiyanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib

İlham Əliyev Kolumbiyanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib

Siyasət
14 aprel 2026 549 baxış
Seçilmişlər
icon