Azərbaycanı 2-ci Qarabağ müharibəsində qələbəyə aparan önəmli amil
“Biz müdafiə imkanlarımıza, hərbçilərimizin təliminə böyük sərmayələr yatırdıq. Biz İkinci Qarabağ müharibəsinə hazırlaşmaq üçün çox işlər gördük. Lakin sizə deyə bilərəm ki, hazırda, iki il yarımdan sonra qələbəmizin əsas meyarı qələbə ruhu idi”.
Bunu Azərbaycan Prezidenti İlham Əliyev iyunun 20-də Çinin “China Media Group” media korporasiyasına müsahibəsində deyib.
“Torpaqları azad edənlər həyatlarında heç vaxt Qarabağı görməmişdilər. Çünki çox gəncdirlər. Qarabağ işğal ediləndə onlar heç anadan olmamışdılar. Beləliklə, onları bu məqsədə aparan nə idi? Qələbə ruhu, vətənpərvərlik və ləyaqət idi. Biz istəyirik ki, cəmiyyətimiz fiziki baxımdan güclü olsun. Bunun üçün idman birinci yerdədir. Əlbəttə ki, yaxşı qida, pis vərdişlərin olmaması məsələsi də var. İdman, bəlkə, onları üstələyir. Həmçinin hazırda biz idmanın kütləviliyi üzərində çalışırıq ki, hər rayonda idman infrastrukturumuz olsun. Bunu artıq yaratmışıq”, – Prezident qeyd edib.
#İlham Əliyev teqi istifadə olunub
- İlham Əliyev TDT ölkələrini mövcud təhdidlərə qarşı birliyə çağırdı - Baku TV CANLI
- İran məsələsi həll olunur? | Azərbaycanda 3600 illik nadir tapıntı - YENİ BİR SƏHƏR
- "BMT Təhlükəsizlik Şurası bunu etmək istəmirdi" | Prezident İlham Əliyev - Baku TV
- Türk dünyasının 35 illik müstəqillik salnaməsi - Baku TV
- "Bədxahlarımızda, deyərdim ki, yaradıcılıq çatışmır" | İlham Əliyev - Baku TV
