Azərbaycanla bu məsələni müzakirə etmişik | Paşinyanın müavini təsdiqlədi - Baku TV
Ermənistan Baş naziri Nikol Paşinyanın müavini Mher Qriqoryan təsdiqləyib ki, Azərbaycandan Ermənistana neft və neft məhsullarının ixracı məsələsi bu yaxınlarda Qəbələdə azərbaycanlı həmkarı Şahin Mustafayevlə müzakirə olunub.
O bu barədə “Azatutyun”un Bakı və İrəvanın Azərbaycandan yanacaq idxalı ilə bağlı razılığa gəlib-gəlməməsi ilə bağlı sualına cavab olaraq bildirib.
“Bəli, müzakirələr aparılıb, əməkdaşlıq üçün imkanlar var”, – M.Qriqoryan vurğulayıb.
Mənbə həmçinin Baş nazirin müavinindən hansı həcmdə yanacaq idxalının müzakirə edildiyi, hansı Ermənistan şirkətlərinin Azərbaycandan neft almaq niyyətində olduğu, Azərbaycanın Ermənistana neft və neft məhsullarını hansı qiymətə satmağa hazır olduğu və Rusiyadan idxal edilən yanacaqla rəqabətə davamlı olub-olmayacağını soruşub.
Mher Qriqoryan bu suallara cavab olaraq deyib:
“Yanacaqla bağlı gələcək fəaliyyət istiqaməti artıq özəl ixracatçılar və idxalçılar arasında əməkdaşlıq çərçivəsindədir və mümkün əməliyyatların şərtləri bazar əsaslı olacaq”.
O, “Ermənistan və Azərbaycan ikincinin yanacağının idxalından başqa, qarşılıqlı ticarətin hansı digər sahələrini müzakirə edir?” sualına isə konkret cavab verməyib, sadəcə qeyd edib ki, digər məhsullarla bağlı müzakirələr hələ də davam edir.
#Ermənistan teqi istifadə olunub
- Ermənistanın siyasi gələcəyi sınaqda: Paşinyan tarixi məsuliyyətdən yayınır? - AKTUAL GÜNDƏM
- Ermənistan COP17-yə ev sahibliyi edəcək | Qarabağın ekoloji faciəsi gündəmə gətiriləcək? - Baku TV
- Paşinyan və Japarov arasındakı görüşdə nələr müzakirə olundu? - Baku TV CANLI
- Ermənistanın törətdiyi növbəti terrordan altı il ötür - Baku TV
- Azərbaycanın ədalət dərsi qisas deyil, sülhdür - Baku TV
