Pleyeri seçin:

Azərbaycanla Fələstin və İordaniya arasında əlaqələrin inkişafı müzakirə olunub

03 sentyabr 2025 719 baxış

Milli Məclisin sədri Sahibə Qafarova iki mühüm diplomatik görüş keçirib. Əvvəlcə spiker Fələstin Dövlətinin ölkəmizdə yeni fəaliyyətə başlayan fövqəladə və səlahiyyətli səfiri Əhməd Metani ilə görüşüb.

Sahibə Qafarova səfiri təbrik edərək ona uğurlar arzulayıb.

Söhbətdə xalqlarımız arasında dostluq və qardaşlıq münasibətlərinin möhkəm təməllərə söykəndiyi vurğulanıb. İki ölkənin beynəlxalq çərçivədə bir-birinə verdiyi dəstəyin önəmi diqqətə çatdırılıb.

Səfir Əhməd Metani xüsusilə Azərbaycan Prezidentinin Fələstin xalqına göstərdiyi dəstəyə görə minnətdarlığını ifadə edib və İlham Əliyevlə görüşündən aldığı müsbət təəssüratları bölüşüb.

Sahibə Qafarova həmçinin İordaniyanın Azərbaycandakı səfiri Ömər Bərəkət əl-Naharla da görüşüb.

Spiker bildirib ki, diplomatik münasibətlərin qurulmasından ötən 32 ildə Azərbaycan-İordaniya əlaqələri yüksək səviyyəyə çatıb və əməkdaşlığın daha da genişlənməsi üçün yaxşı imkanlar var.

Görüşdə parlamentlərarası münasibətlərin inkişafı, qarşılıqlı səfərlərin və dostluq qruplarının rolu vurğulanıb.

Sahibə Qafarova İordaniya parlamentinin Qoşulmama Hərəkatı Parlament Şəbəkəsində fəal iştirakından məmnunluğunu ifadə edib, Azərbaycanla Ermənistan arasında sülh prosesinin gedişi barədə məlumat verib. 

Banner
İlham Əliyev Qazaxıstan Respublikasının Prezidentinə təbrik məktubu ünvanlayıb - Baku TV

İlham Əliyev Qazaxıstan Respublikasının Prezidentinə təbrik məktubu ünvanlayıb - Baku TV

Siyasət
25 oktyabr 2026 719 baxış
İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakıda keçirilən U-15 festivalında iştirak edib

İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakıda keçirilən U-15 festivalında iştirak edib

Siyasət
25 oktyabr 2026 719 baxış
İlham Əliyev və ailə üzvləri FIFA U-15 dünya çempionatının açılış mərasimini izləyiblər - Baku TV

İlham Əliyev və ailə üzvləri FIFA U-15 dünya çempionatının açılış mərasimini izləyiblər - Baku TV

Siyasət
25 oktyabr 2026 719 baxış
İlham Əliyev və birinci xanım dünya çempionatının və festivalının açılış mərasimində iştirak ediblər

İlham Əliyev və birinci xanım dünya çempionatının və festivalının açılış mərasimində iştirak ediblər

Siyasət
24 oktyabr 2026 719 baxış
Bakıda keçirilən görüşdə iki ölkə arasında hansı məsələlər müzakirə olunub? - Baku TV CANLI

Bakıda keçirilən görüşdə iki ölkə arasında hansı məsələlər müzakirə olunub? - Baku TV CANLI

Siyasət
24 oktyabr 2026 719 baxış
Təzyiqlərə qarşı ortaq mövqe

Təzyiqlərə qarşı ortaq mövqe

Siyasət
24 oktyabr 2026 719 baxış
“Arzuları ürəklərində qalacaq!” | Rəşad Bayramov Bakı-Ankara əlaqələri barədə nə danışdı? - Baku TV

“Arzuları ürəklərində qalacaq!” | Rəşad Bayramov Bakı-Ankara əlaqələri barədə nə danışdı? - Baku TV

Siyasət
24 oktyabr 2026 719 baxış
Bu ölkədə dəhşətli terror hücumu yaşandı | Azərbaycan XİN-dən reaksiya - Baku TV CANLI

Bu ölkədə dəhşətli terror hücumu yaşandı | Azərbaycan XİN-dən reaksiya - Baku TV CANLI

Siyasət
24 oktyabr 2026 719 baxış
Babişin Azərbaycana təklif etdiyi təyyarələri İrəvan niyə alır? - HƏRBİ XRONİKA

Babişin Azərbaycana təklif etdiyi təyyarələri İrəvan niyə alır? - HƏRBİ XRONİKA

Siyasət
24 oktyabr 2026 719 baxış
Sovet hakimiyyətinin elanından sonra Bəriabadın taleyi necə dəyişdi? - Baku TV

Sovet hakimiyyətinin elanından sonra Bəriabadın taleyi necə dəyişdi? - Baku TV

Siyasət
24 oktyabr 2026 719 baxış
Seçilmişlər
icon