Azərbaycanlıların əcdadlarının yaşadığı kəndin tarixini necə silməyə çalışdılar? - Baku TV
Ermənistanda azərbaycanlıların 1980-ci illərin sonlarınadək yaşadıqları Bəriabad (indiki Barepat) azərbaycanlı kəndinin tarixi
Çar və sovet dövrlərinə aid mənbələrdə kənd Bəriabad adı ilə qeyd edilir. 1991-ci ilin aprelində Ermənistanda Azərbaycan irsini erməniləşdirmək və məhv etmək siyasəti çərçivəsində kəndin adı dəyişdirilərək Barepat qoyulub.
Kənd 1995-ci ildən Ermənistan Respublikasının Geğarkunik vilayətinin tərkibindədir.
Kənd XIX əsrin ikinci yarısında Gölkənd kəndinin, 1914-cü ildə isə Çaykənd kəndinin tabeliyində olmuş ərazi kimi qeyd edilir. XX əsrin əvvəllərində Bəriabad Yelizavetpol quberniyasının Qazax qəzasının tərkibində olub.
Erməni mənbəyinin məlumatına əsasən, XIX əsrin sonlarında kənddə yalnız azərbaycanlıların əcdadları yaşayıblar. 1897-ci ildə kənddə hamısı azərbaycanlıların əcdadları olmaqla 111 nəfər yaşayıb.
