Pleyeri seçin:

Bakıda keçiriləcək WUF13-lə bağlı müraciətlərin qəbulu nə zaman başa çatır? - Baku TV

25 dekabr 2025 346 baxış

2026-cı il 17-22 may tarixlərində Bakıda keçiriləcək WUF13 – Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyası çərçivəsində təşkil olunacaq tərəfdaş tədbirləri üzrə qeydiyyat prosesi davam edir.

Müraciətlərin qəbulu üçün son tarix 2026-cı il yanvarın 29-u müəyyən edilib. Beləliklə, forum çərçivəsində keçiriləcək tədbirlər üzrə müraciətlərin qəbulunun başa çatmasına bir ay qalıb.

Şəhərsalma sahəsində beynəlxalq dialoq və əməkdaşlıq platforması olan WUF13 qurum və təşkilatlara Forumun “Hər kəs üçün yaşayış yerləri: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məskənləri” mövzusuna uyğun tədbirlər təşkil etmək imkanı yaradır.

Müraciətlər https://events.unhabitat.org/ vasitəsilə təqdim edilməlidir.

Tədbirlərin təşkili üçün müraciətlər yeddi kateqoriya üzrə qəbul olunur: Şəbəkələşmə, Vahid BMT, Dayanıqlı İnkişaf Məqsədlərinin tətbiqi, Şəhər kinoteatrı, Şəhər Kitabxanası, Şəhərlərin Səsi və WUF Akademiyası.

Müraciət edən qurum və təşkilatlar ilkin mərhələdə “UN-Habitat”ın Qlobal Tədbir İdarəetmə Sistemi platforması üzərindən onlayn qaydada qeydiyyatdan keçməlidirlər.

Qeydiyyat prosesi tamamlandıqdan sonra istifadəçilər şəxsi paneldə yerləşən “Applications/Müraciətlər” bölməsinə daxil olaraq müvafiq kateqoriyalar üzrə tələblərlə tanış ola və müraciətlərini yekunlaşdıra bilərlər.

Qeyd edək ki, hər bir kateqoriya üzrə yalnız bir müraciət təqdim edilə bilər. Qeydiyyat və tədbirlərin təşkili ilə bağlı əlavə məlumat almaq üçün [email protected] elektron poçt ünvanı ilə əlaqə saxlamaq mümkündür.

Kopyalandı
"Qəlbimiz Zəngi çayının sahilində, o bərəkətli torpaqlarda qalıb" | QƏRBİ AZƏRBAYCAN XRONİKASI

"Qəlbimiz Zəngi çayının sahilində, o bərəkətli torpaqlarda qalıb" | QƏRBİ AZƏRBAYCAN XRONİKASI

Siyasət
24 aprel 2026 346 baxış
İran ordusu hücum planını açıqladı: ABŞ və İsrailə cavab hazırdır? - AKTUAL GÜNDƏM

İran ordusu hücum planını açıqladı: ABŞ və İsrailə cavab hazırdır? - AKTUAL GÜNDƏM

Siyasət
24 aprel 2026 346 baxış
Biləcəridən yola salınan qatarla Ermənistana nələr göndərildi? - Baku TV

Biləcəridən yola salınan qatarla Ermənistana nələr göndərildi? - Baku TV

Siyasət
24 aprel 2026 346 baxış
Qarabağ arzusu gerçəyə çevrilir | Ukrayna danışıqlarına nə mane olur? - YENİ BİR SƏHƏR

Qarabağ arzusu gerçəyə çevrilir | Ukrayna danışıqlarına nə mane olur? - YENİ BİR SƏHƏR

Siyasət
24 aprel 2026 346 baxış
BMT-dən Azərbaycan və daha dörd ölkəyə təcili çağırış - Baku TV CANLI

BMT-dən Azərbaycan və daha dörd ölkəyə təcili çağırış - Baku TV CANLI

Siyasət
23 aprel 2026 346 baxış
Məktəblərdə həyəcan təbili | Trampdan İrana son şans | Atəşkəs yenə uzadılır? - YENİ BİR SƏHƏR

Məktəblərdə həyəcan təbili | Trampdan İrana son şans | Atəşkəs yenə uzadılır? - YENİ BİR SƏHƏR

Siyasət
23 aprel 2026 346 baxış
Müdafiə texnologiyalarında yeni tərəfdaşlıq imkanları müzakirə edildi - Baku TV

Müdafiə texnologiyalarında yeni tərəfdaşlıq imkanları müzakirə edildi - Baku TV

Siyasət
23 aprel 2026 346 baxış
Qazaxıstanda Regional Ekoloji Sammit fəaliyyətə başlayıb - Baku TV

Qazaxıstanda Regional Ekoloji Sammit fəaliyyətə başlayıb - Baku TV

Siyasət
23 aprel 2026 346 baxış
Azərbaycan və Latviya arasında investisiya körpüsü qurulur - Baku TV

Azərbaycan və Latviya arasında investisiya körpüsü qurulur - Baku TV

Siyasət
22 aprel 2026 346 baxış
Azərbaycan və Latviya iqtisadi əlaqələrini gücləndirir - Baku TV

Azərbaycan və Latviya iqtisadi əlaqələrini gücləndirir - Baku TV

Siyasət
22 aprel 2026 346 baxış
Seçilmişlər
icon