Pleyeri seçin:

Blinken və İlham Əliyev zəng zamanı nələri müzakirə etdi? | Detallar açıqlandı

16 sentyabr 2024 134 baxış

ABŞ Dövlət katibi Entoni Blinken Prezident İlham Əliyevə zəng edib.

Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Entoni Blinken Ermənistanla Azərbaycan arasında davamlı sülhün əldə olunmasının vacibliyini vurğulayaraq ABŞ-nin bu məqsədə nail olunması üçün bundan sonra da səylərini əsirgəməyəcəyini bildirib.

O, Ermənistanla Azərbaycan arasında sərhədlərin delimitasiyası sahəsində əldə edilən nailiyyətləri, o cümlədən dövlət sərhədinin delimitasiyası üzrə komissiyaların birgə fəaliyyəti haqqında Əsasnamənin müvafiq qaydada 2024-cü il avqustun 30-da imzalanmasını müsbət addım kimi qiymətləndirib.

Telefon danışığı zamanı regionda artıq sülhün mövcud olduğunu deyən Prezident İlham Əliyev vurğulayıb ki, məhz Azərbaycanın səyləri nəticəsində bölgəmizdə ədalətə və beynəlxalq hüquqa əsaslanan yeni reallıqlar və status-kvo yaranıb.

Dövlət başçısı Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin təşəbbüskarının da məhz ölkəmiz olduğunu qeyd edərək bu müqavilənin imzalanması üçün Ermənistanın öz Konstitusiyası və digər qanunverici aktları əsasında Azərbaycana qarşı olan ərazi iddialarına son qoymasının, həmçinin keçmişin qalığı olan ATƏT-in Minsk qrupu və onunla bağlı olan bütün təsisatların fəaliyyətinə son qoyulmasının vacibliyini vurğulayıb.

Sərhədlərin delimitasiyası məsələsinə toxunan Prezident İlham Əliyev ikitərəfli proses çərçivəsində əldə olunan müsbət nəticələri qeyd edib və Əsasnamə əsasında bu prosesin aparılacağını bildirib.

Telefon söhbəti zamanı COP29-un ölkəmizdə keçirilməsi məsələsinə toxunulub. Entoni Blinken COP29-un uğurla keçirilməsi üçün ölkəsinin Azərbaycana dəstək göstərdiyini qeyd edərək Azərbaycan ilə ABŞ-nin COP komandalarının və heyətlərinin yaxından əməkdaşlıq etdiklərini vurğulayıb.

Bu əməkdaşlıqdan məmnunluğunu ifadə edən Prezident İlham Əliyev COP çərçivəsində iqlim maliyyələşdirilməsi ilə əlaqədar mühüm qərarların qəbul edilməsi ilə bağlı xüsusilə inkişaf etmiş dövlətlər tərəfindən konsensusun əldə ediləcəyinə ümidvar olduğunu deyib.

Telefon danışığı zamanı Azərbaycan ilə ABŞ arasında ikitərəfli münasibətlərə dair fikir mübadiləsi aparılıb.

Qanun fevralın 1-dən deyil, aprelin 1-dən qüvvəyə minə bilər

Qanun fevralın 1-dən deyil, aprelin 1-dən qüvvəyə minə bilər

Siyasət
19 dekabr 2025 134 baxış
Milli Məclisin komitə sədri 15 iyul 1992-ci il tarixli qərardan danışıb

Milli Məclisin komitə sədri 15 iyul 1992-ci il tarixli qərardan danışıb

Siyasət
19 dekabr 2025 134 baxış
Millət vəkili qurumun qətnaməsini tənqid edib

Millət vəkili qurumun qətnaməsini tənqid edib

Siyasət
19 dekabr 2025 134 baxış
AnewZ “Oliqarx sisteminin dizaynı”nı filmə çevirdi - Baku TV

AnewZ “Oliqarx sisteminin dizaynı”nı filmə çevirdi - Baku TV

Siyasət
19 dekabr 2025 134 baxış
Vladimir Putindən Avropa İttifaqına sərt xəbərdarlıq - Baku TV CANLI

Vladimir Putindən Avropa İttifaqına sərt xəbərdarlıq - Baku TV CANLI

Siyasət
19 dekabr 2025 134 baxış
Milli Məclis AP-nin Azərbaycana qarşı qətnaməsinə bəyanatla cavab verdi - Baku TV

Milli Məclis AP-nin Azərbaycana qarşı qətnaməsinə bəyanatla cavab verdi - Baku TV

Siyasət
19 dekabr 2025 134 baxış
Milli Məclisdən Avropa Parlamentinə qarşı bəyanat

Milli Məclisdən Avropa Parlamentinə qarşı bəyanat

Siyasət
19 dekabr 2025 134 baxış
Zelenskidən ABŞ-Ukrayna danışıqları barədə açıqlama - Baku TV CANLI

Zelenskidən ABŞ-Ukrayna danışıqları barədə açıqlama - Baku TV CANLI

Siyasət
19 dekabr 2025 134 baxış
Azərbaycandan Ermənistana ixrac edilən neft məhsulları Böyük Kəsik stansiyasına daxil oldu - Baku TV

Azərbaycandan Ermənistana ixrac edilən neft məhsulları Böyük Kəsik stansiyasına daxil oldu - Baku TV

Siyasət
19 dekabr 2025 134 baxış
Özbəkistan nümayəndə heyəti Şuşada | Putin son sözünü dedi | Paşinyandan açıqlama - YENİ BİR SƏHƏR

Özbəkistan nümayəndə heyəti Şuşada | Putin son sözünü dedi | Paşinyandan açıqlama - YENİ BİR SƏHƏR

Siyasət
19 dekabr 2025 134 baxış
Seçilmişlər
icon