Bu araşdırmanı sonadək başa çatdıracağıq | İlham Əliyev
“Mən həlak olanların ailə üzvlərini, eləcə də ekipaj üzvlərini bu yüksək mükafatları şəxsən təqdim etmək, sizə bir daha başsağlığı vermək və Azərbaycan dövlətinin hər zaman sizinlə olacağını bəyan etmək üçün dəvət etdim”.
Bunu Azərbaycan Prezidenti İlham Əliyev təyyarə qəzasında həlak olan ekipaj heyətinin ailə üzvləri və sağ qalan təyyarə bələdçiləri ilə görüşündə söyləyib.
“Mən sizə müraciət və xahiş etmək istəyirəm ki, həyatın istənilən şəraitində arxanızda güclü Azərbaycan dövlətinin dayandığını biləsiniz.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə, həmçinin “Azərbaycan Hava Yolları” QSC-yə sizinlə daimi əlaqə saxlamaq və sizi narahat edən məsələləri operativ şəkildə həll etmək tapşırılıb. Bir daha mənim başsağlığımı qəbul edin və əmin olun ki, biz bu məsələni, araşdırmanı sonadək başa çatdıracağıq”, – deyə dövlət başçısı bildirib.