Bu gün TDT-nin qlobal proseslərdə rolu və mövqeyi güclənir | İlham Əliyev - Baku TV
Qədim və zəngin tarixi-mədəni irsə malik Türküstan şəhərində olmaqdan çox məmnunam. Azərbaycanın mədəniyyət paytaxtı Şuşanın işğaldan azad edildikdən sonra qardaşlaşdığı ilk şəhər Türküstan şəhəri olub. Qədim şəhərlərimiz də xalqlarımız kimi qardaşdır.
Bunu Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatının (TDT) dövlət başçılarının Qazaxıstanın Türküstan şəhərində keçirilən qeyri-rəsmi Zirvə görüşündə deyib.
“Qazaxıstanla Azərbaycan arasındakı sıx əlaqələri nümayiş etdirmək üçün təkcə prezidentlər səviyyəsində həyata keçirilən qarşılıqlı səfərləri göstərmək olar. Son 5 ildə bu mənim Qazaxıstana səkkizinci səfərimdir. Prezident Tokayev isə Azərbaycana altı dəfə səfər edib. Dörd il əvvəl imzalanmış Birgə Bəyannamə əlaqələrimizi müttəfiqlik səviyyəsinə qaldırıb. Sevindirici haldır ki, Türk Dövlətləri Təşkilatının dövlət başçılarının ilk dəfə 2024-cü ildə Şuşada keçirilmiş qeyri-rəsmi Zirvə görüşü təşəbbüsü artıq ənənəyə çevrilir”, – deyə dövlət başçısı vurğulayıb.
#İlham Əliyev teqi istifadə olunub
- Özbəkistana mühüm səfər | Prezidentin rəsmi qarşılanma mərasimindən görüntülər - Baku TV
- Daşkənddə Ali Dövlətlararası Şuranın üçüncü iclası | Əməkdaşımız detalları açıqladı - Baku TV
- Prezident İlham Əliyevin Şavkat Mirziyoyev ilə təkbətək görüşü olub - Baku TV
- Prezident İlham Əliyevin Özbəkistanda təntənəli qarşılanma mərasimi - Baku TV
- İlham Əliyev Daşkənddə Müstəqillik abidəsinin önünə əklil qoydu - Baku TV
