Pleyeri seçin:

Bütün Qafqazdan insanlar 3500 il öncə bura gəlib, yemək yeyiblər - QƏRBİ AZƏRBAYCAN XRONİKASI

27 avqust 2024 313 baxış

“Qərbi Azərbaycan Xronikası” layihəsi çərçivəsində "5 600 il əvvəl mövcud olmuş dəfn adəti bu gün Gəncədə icra olunur" adlı veriliş efirə gedib.

Verilişdə erməni arxeoloqlarının Qərbi Azərbaycan ərazisində, xüsusən də Göyçə-Şəmşəddil bölgələrində qazıntıları fəallaşdırmasından və saxta "Ermənistan tarixini" əsaslandırmaq üçün maddi sübutlar axtarmasından bəhs olunub.

Bildirilib ki, ermənilərə layiqli və əsaslı cavab Azərbaycan arxeoloqlarından və Göyçə-Şəmşəddin sərhədində yerləşən Ağstafa rayonunun Aşağı Kəsəmən və Göycəli kəndi ərazisində yerləşən "Tava Təpə" abidəsidir.

Arxeoloqların fikrincə, bu abidə son tunc – ilk dəmir dövrünə aid olan ibadətgahı aşkar edib və öz unikallığına görə təkcə ölkəmizdə deyil, bütövlükdə Qafqazda ilk tapıntı hesab olunmalıdır. Ardanış və Şorcada ermənilərin apardığı qazıntılarda Azərbaycan mədəniyyətinə aid izlər aşkarlanıb.

"Tava Təpə" ibadətgahında yaşayışın 3 500 il əvvələ aid olduğu müəyyən edilib. Ağstafada tapılan yeməkxana isə bütün Qafqaz üçün xidmət edib və insanlar 3 500 il öncə burada yemək yeyiblər. Bu tapıntı həmin ərazidə qədimdən yaşayanların kimliyini sübut edir.

Sonda fəlsəfə doktoru, dosent Bəxtiyar Cəlilovun fikirlərinə də yer verilir. Qeyd olunur ki, Gəncə, Qazax, Daşkəsən, Göygöl ərazilərində aparılan arxeoloji qazıntılar zamanı tapılan kurqan abidələr və yaşayış yerləri tədqiq edilir. İndiyə qədər Azərbaycanda təxminən 20 bu tip kurqan tədqiq olunub.

Onun sözlərinə görə, Qafqazda erkən kurqan mədəniyyəti son Xalqolit dövründən başlayır: "Eramızdan əvvəl 3600-cü ildən erkən Kür-Araz tayfalarında kurqanlarda dəfn ənənələri mövcud olub. Kurqanların giriş qapısı bu səbəbdən Şərqdən qoyulub. Azərbaycanın Qərb bölgəsindən tapılan kurqanlar tarixi əhəmiyyətli gerçəyi üzə çıxarır.

Şərq tərəfdən olan qapı açılıb, dəfn olunmuş insanın sümükləri kənara itələnib, ölən dəfn edilirdi. Dəfn başa çatdıqdan sonra kurqana od vurulub yandırılırdı. Odun ruhu təmizləyici güc olaraq istifadə olunması adəti də var idi. Genetik yaddaşla ötürülən, 5 600 il əvvəl mövcud olmuş dəfn adəti və ritualı bu gün Gəncə Səbzikarında icra olunur. Gəncədə mövcud olan sərdabə 5 600 il əvvələ aid sərdabənin eynisidir".

Banner
Ankaradan gələn telefon zəngi və gərginlikdən çıxan siyasi mesajlar - Baku TV

Ankaradan gələn telefon zəngi və gərginlikdən çıxan siyasi mesajlar - Baku TV

Siyasət
22 oktyabr 2026 313 baxış
Qarabağ gərginliyi Ermənistanda azərbaycanlıların həyatını necə dəyişdi? - Baku TV

Qarabağ gərginliyi Ermənistanda azərbaycanlıların həyatını necə dəyişdi? - Baku TV

Siyasət
22 oktyabr 2026 313 baxış
AXC-nin İrəvan qərarı və Ermənistanın sonrakı iddiaları - Baku TV

AXC-nin İrəvan qərarı və Ermənistanın sonrakı iddiaları - Baku TV

Siyasət
22 oktyabr 2026 313 baxış
Türkiyədə Azərbaycanı hədəf alan dairələr kimlərdir?

Türkiyədə Azərbaycanı hədəf alan dairələr kimlərdir?

Siyasət
22 oktyabr 2026 313 baxış
"Azərbaycan ona görə bunu etdi ki..." | İrəvanın yeni TRIPP açıqlaması barədə siyasi şərh - Baku TV

"Azərbaycan ona görə bunu etdi ki..." | İrəvanın yeni TRIPP açıqlaması barədə siyasi şərh - Baku TV

Siyasət
22 oktyabr 2026 313 baxış
Qardaşlığın gələcəyi necə qorunacaq? - Baku TV CANLI

Qardaşlığın gələcəyi necə qorunacaq? - Baku TV CANLI

Siyasət
22 oktyabr 2026 313 baxış
Bakıda 3-cü İslam Maliyyə Forumu işə başlayıb - Baku TV

Bakıda 3-cü İslam Maliyyə Forumu işə başlayıb - Baku TV

Siyasət
22 oktyabr 2026 313 baxış
Etnik təmizləmədən yan keçən kənd: Ardanış azərbaycanlıları 1980-ci illərdə niyə qovuldu?

Etnik təmizləmədən yan keçən kənd: Ardanış azərbaycanlıları 1980-ci illərdə niyə qovuldu?

Siyasət
22 oktyabr 2026 313 baxış
Türkiyədə Azərbaycanı hədəf alanlar | Ölkəmizə qarşı kampaniyanın arxasında kimlər var? - Baku TV

Türkiyədə Azərbaycanı hədəf alanlar | Ölkəmizə qarşı kampaniyanın arxasında kimlər var? - Baku TV

Siyasət
22 oktyabr 2026 313 baxış
Xamenei Qalibafla görüşdü | Zelenskidən Ukrayna barədə gözlənilməz açıqlama - YENİ BİR SƏHƏR

Xamenei Qalibafla görüşdü | Zelenskidən Ukrayna barədə gözlənilməz açıqlama - YENİ BİR SƏHƏR

Siyasət
22 oktyabr 2026 313 baxış
Seçilmişlər
icon