Pleyeri seçin:

Cahit Bağcı yanğınların söndürülməsinə verdiyi dəstəyə görə Azərbaycana təşəkkür edib

18 avqust 2024 591 baxış

Türkiyənin respublikamızdakı səfiri Cahit Bağcı ölkəsindəki meşə yanğınlarının söndürülməsinə verdiyi dəstəyə görə Azərbaycana təşəkkür edib.

Səfir bu barədə “X” sosial şəbəkəsindəki hesabında yazıb.

“Qardaş Azərbaycanın Prezidenti cənab İlham Əliyevin tapşırığı ilə ölkəmizin müxtəlif regionlarında meşə yanğınları ilə mübarizə üzrə davam edən işimizi dəstəkləmək üçün hazırlanmış “BE-200ÇS” amfibiya tipli yanğınsöndürən təyyarə və onun ekipajı indicə Bakıdan İzmirə yola düşüb.

Hər zaman olduğu kimi göstərilən bu həmrəyliyə və dəstəyə görə Prezident İlham Əliyevin simasında bütün qardaş Azərbaycan xalqına ölkəmiz, xalqımız və dövlətimiz adından təşəkkür edirik. Sevinclərimiz də, kədərlərimiz də birdir. Çünki biz bir millət, iki dövlətik. Gücümüz birliyimizdir”, – deyə səfir qeyd edib.

Qeyd edək ki, Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Türkiyədə baş vermiş güclü meşə yanğınları ilə mübarizədə qardaş ölkəyə köməklik məqsədilə Fövqəladə Hallar Nazirliyinin (FHN) amfibiya tipli təyyarəsi Türkiyəyə yola salınıb. Eyni zamanda FHN-in müvafiq yanğın-xilasetmə qüvvələri də hazırlıq vəziyyətinə gətirilib.

Banner
İlham Əliyev Qazaxıstan Respublikasının Prezidentinə təbrik məktubu ünvanlayıb - Baku TV

İlham Əliyev Qazaxıstan Respublikasının Prezidentinə təbrik məktubu ünvanlayıb - Baku TV

Siyasət
25 oktyabr 2026 591 baxış
İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakıda keçirilən U-15 festivalında iştirak edib

İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakıda keçirilən U-15 festivalında iştirak edib

Siyasət
25 oktyabr 2026 591 baxış
İlham Əliyev və ailə üzvləri FIFA U-15 dünya çempionatının açılış mərasimini izləyiblər - Baku TV

İlham Əliyev və ailə üzvləri FIFA U-15 dünya çempionatının açılış mərasimini izləyiblər - Baku TV

Siyasət
25 oktyabr 2026 591 baxış
İlham Əliyev və birinci xanım dünya çempionatının və festivalının açılış mərasimində iştirak ediblər

İlham Əliyev və birinci xanım dünya çempionatının və festivalının açılış mərasimində iştirak ediblər

Siyasət
24 oktyabr 2026 591 baxış
Bakıda keçirilən görüşdə iki ölkə arasında hansı məsələlər müzakirə olunub? - Baku TV CANLI

Bakıda keçirilən görüşdə iki ölkə arasında hansı məsələlər müzakirə olunub? - Baku TV CANLI

Siyasət
24 oktyabr 2026 591 baxış
Təzyiqlərə qarşı ortaq mövqe

Təzyiqlərə qarşı ortaq mövqe

Siyasət
24 oktyabr 2026 591 baxış
“Arzuları ürəklərində qalacaq!” | Rəşad Bayramov Bakı-Ankara əlaqələri barədə nə danışdı? - Baku TV

“Arzuları ürəklərində qalacaq!” | Rəşad Bayramov Bakı-Ankara əlaqələri barədə nə danışdı? - Baku TV

Siyasət
24 oktyabr 2026 591 baxış
Bu ölkədə dəhşətli terror hücumu yaşandı | Azərbaycan XİN-dən reaksiya - Baku TV CANLI

Bu ölkədə dəhşətli terror hücumu yaşandı | Azərbaycan XİN-dən reaksiya - Baku TV CANLI

Siyasət
24 oktyabr 2026 591 baxış
Babişin Azərbaycana təklif etdiyi təyyarələri İrəvan niyə alır? - HƏRBİ XRONİKA

Babişin Azərbaycana təklif etdiyi təyyarələri İrəvan niyə alır? - HƏRBİ XRONİKA

Siyasət
24 oktyabr 2026 591 baxış
Sovet hakimiyyətinin elanından sonra Bəriabadın taleyi necə dəyişdi? - Baku TV

Sovet hakimiyyətinin elanından sonra Bəriabadın taleyi necə dəyişdi? - Baku TV

Siyasət
24 oktyabr 2026 591 baxış
Seçilmişlər
icon