Çar dövründə qeydə alınan kəndin tarixində hansı izlər qalıb? - Baku TV
Yeniliklərdən dərhal xəbərdar olun
Leyliqaçan Ermənistan ərazisində dövrümüzə qədər gəlib çıxmayan türk kəndlərindən biridir.
Adları:
çar dövründə – Leyli-Kaçan, Leyli-koçan, Leylikoçan, Leylikaçan
sovet dövründə – Leyli Qaçan, Leylikaçan
Leyliqaçan kəndinin təməli XIX əsrin ikinci yarısında Terp kəndindən olanlar tərəfindən qoyulub. Çar dövründə kənd İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasının tərkibində olub. Erməni mənbələrinin də istinad etdiyi çar dövrünə aid statistik məlumatlara görə, 1919-cu ilə qədər müxtəlif dövrlərdə kənddə yalnız və ya, əsasən, azərbaycanlıların əcdadları yaşayıblar.
«Qərbi Azərbaycanın yaddaş yerləri» – nadir elmi-tədqiqat işidir. Müasir Ermənistan ərazisində aparılan sahə tədqiqatları zamanı ilk dəfə olaraq, müasir azərbaycanlıların əcdadlarının vaxtilə məskunlaşdığı 600-ə yaxın kənd haqqında məlumat toplanmış və sistemləşdirilmişdir. Onların bəzilərində türk mədəni-tarixi irsinin fraqmentləri – qəbiristanlıqlar, pirlər, məscidlər qalmışdır.
#Ermənistan teqi istifadə olunub
- Tarixi sənədlər Leyliqaçanda baş verən faciənin miqyasını ortaya qoyur - Baku TV
- Ermənistanda Azərbaycan izləri: Unudulan kəndin hekayəsi - YOXA ÇIXMIŞ SİVİLİZASİYA
- Ermənistanın mina terroru Böyük Qayıdış prosesinə necə mane olur? - Baku TV
- Naxçıvana açılan yol və regional əlaqələri | İrəvan hansı addımı atdı? - Baku TV
- Dağıdılmış tarixi qəbirlər: Kəsəməndə aparılan sahə işləri nələri üzə çıxardı?
